Meri gecə yuxudan oyadan cərimələndi
Bizi izləyin

Bilgi.az

Meri gecə yuxudan oyadan cərimələndi

Çexiyanın Moraviya şəhər merini gecənin bir aləmində oyadan sakin min krona (37 avro) cərimə olunub.

ANS PRESS-in məlumatına görə, qonşular musiqiyə ucadan qulaq asdıqları üçün yata bilməyən bir kişi kömək üçün polisə müraciət edib.

Polisdən rədd cavabı alan sakin düz şəhər merinin evinə gedib. Yad bir adamın gecədən keçmiş bütün ailəsinin yuxusuna haram qatmasından hiddətlənən mer gecə qonağının cərimələnməsinə nail olub.

Ağlı başına gəlməyən şəxs indi də cərimənin ləğv olunmasına çalışır. O, artıq məhkəməyə müraciət edib. İndi isə ictimai hüquq müdafiəçisindən yardım istəyir.

Ombudsmanın müavini Stanislav Krjeçek hadisəni təhlil edərək bildirib ki, cəriməni qanunsuz saymır. “Gecə sakitliyinin” pozulması barədə işə baxmaq polisin səlahiyyətinə aiddir.

Şəhər meri rəsmi şəkildə yerli polisin rəhbəri olsa da hər halda gecələr onu narahat etməyə dəyməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm