Məhkəmə azərbaycanlı avtoritetlə bağlı həbs qətimkan tədbiri seçildi
Bizi izləyin

Bilgi.az

Məhkəmə azərbaycanlı avtoritetlə bağlı həbs qətimkan tədbiri seçildi

Sankt-Peterburqun Frunzenski Rayon Məhkəməsi azərbaycanlı avtoritet Əli Heydərovla bağlı 1 ay 16 günlük həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Publika .az fontanka.ru–ya istinadən xəbər verir ki, məhkəmədə Əli Heydərovun həbsdə saxlanılması ilə bağlı işin istintaqını aparan müstəntiq vəsatət qaldırıb. O bildirib ki, Azərbaycan vətəndaşı olan Heydərov azadlıqda qalarsa, istintaqdan yayına və cinayət işi üzrə sübutları məhv edə bilər.

Odur ki, məhkəmə Əli Heydərovun vəkillərinin 4 milyon rubl girov müqabilində azadlığa buraxılmasını qəbul etməyib. Məhkəmə istintaq bitənədək, 1 ay 16 gün ərzində Əli Heydərovun həbsdə saxlanmasını məqbul sayıb.

Əli Heydərovun vəkili Dmitri Papov məhkəmənin qərarından yuxarı instansiyaya şikayət verəcəklərini deyib.

Xatırladaq ki, Albert Rıji ləqəbi ilə məşhur olan qanuni oğru Əli Heydərov soyğunçuluq faktı ilə bağlı saxlanılıb.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm