Dünyanın ən şok fotoları
Bizi izləyin

Bilgi.az

Dünyanın ən şok fotoları

Dünyanın müxtəlif yerlərində çəkilmiş ən şok fotolar yayımlanıb.


ANS PRESS-in məlumatına görə, bu fotolarda müharibələrin fəsadları, bədbəxt hadisələrin nəticələri əks olunub. Bu cür fotolardan bir Kosovo qaçqınları ilə bağlıdır. Digər maraqlı bir foto isə Los Anceles Times fotoqrafı Karolin Kol tərəfindən çəkilən müharibə fotosudur. Liberiyadakı vətəndaş müharibəsində çəkilən şəkildə vəziyyətin dramatikliyi gözlər önünə sərilir.


Tayland qətliamını çəkən fotoqraf Neal Uleviç bu foto ilə 1977 Amerika Pulitzer mükafatını qazanıb. Tayland küçələrindəki vəhşilik tək foto ilə hər kəsə agah olmuşdu.







Amerikalı fotoqraf Patrik Farrell Haitidə 2008-ci ildə baş verən təbii fəlakəti çəkərək hər kəsi şoka salıb. Bu fotoda dağıntılardan xilas olmuş kiçik bir uşağın ürək ağrıdan görüntüsü əks olunub. Digər bir dəhşətli şəkil isə 2006-cı ildə İsraildə Oded Balilti tərəfindən çəkilib. Əkiz qüllələrin çöküşünü çəkən Stiv Ludlum 11 Sentyabr hücumunu orjinal formada çəkib.









Hind Okeanında baş verən Tsunamidən sonra çəkilən bir şəkil hərkəsi heyrətə gətirib. Arko Datta tərəfindən 2004-cü ildən çəkilən şəkil Dünya Mətbuatı Foto yarışında 1-ci yeri tutub. Hindistanda baş verən bir bədbəxt hadisə 18 min adamın ölümünə səbəb olmuşdu. Böcək dərmanı istehsal edən fabrikdən səhvən 40 ton zəhərli qazın havaya buraxılması 150 mindən çox insanın zəhərlənməsinə səbəb olmuş və ortaya belə bir foto çıxmışdı.





Digər bir görüntü isə "Aslan Ürək"lə bağlı idi. Deanne Fitzmaurisenin çəkdiyi bu foto 2005-ci ildə Pulitzer mükafatına layiq görülüb. 9 yaşındakı iraqlı kiçik uşaq İraq müharibəsi əsnasında partlayan bombalardan yara almış və bir neçə dəfə əməliyyat olunub. Kiçik uşağın səbri və ümidi isə ona "Aslan Ürək" ləqəbini qazandırıb.



1985-ci ildə Kolombiyada baş verən vulkan püskürməsi nəticəsində ortaya çıxan bu görüntü Frank Fourier tərəfindən çəkilib. Fotodakı Omayra isə bu şəkildən 3 gün sonra ölmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm