• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanın ən qibtə olunan qadınları – Fotolar

  • Maraqlı
  • 16 İyul 2014 18:20
  • 1 371 Baxış
Dünyanın ən qibtə olunan qadınları – Fotolar

Bu qızlarda hər şey var: gənclik, gözəllik, pul və şöhrət. Bir çox yetkin oğul anası bu qızların qayınanası olmaq arzusundadır...

Publika.az ən qibtə olunan 10 qadını təqdim edir:

Şahzadə Beatris. 25 yaşı var. Böyük Britaniya taxt-tacına beşinci namizəddir. Onun kapitalı digərləri ilə müqayisədə çox da deyil - cəmi 5 milyon funt. Lakin qazandığı tituluna görə şahzadənin gələcək əri də məşhur olacaq.

Mariya Şarapova. 26 yaş. Heç zaman ərdə olmayıb. Ümumi kapitalı 80 milyon dollar.

Cennifer Lourens. Aktrisa. 23 yaş. Onun 2 milyon dollarlıq kapitalı və şöhrəti günbəgün artır.

Delfina Arno. “LVMH” holdinqinin direktoru və multi milyarder Bernard Arnonun qızı. Onun 39 yaşı var və bir dəfə evli olub. Lakin bununla belə, bir çox kişi onun əri olmağı arzulayır.

Eşli Olsen. Aktrisa, modelyer və “Dualstar” brendinin sahibəsi. Onun əkiz tayı Meri-Keyt artıq Fransanın keçmiş prezidentinin qardaşı Olivye Sarkozi ilə nişanlıdır. Özü isə hələ də ağ şahzadəsini tapmayıb.

Vircini Kurten-Klarins. 28 yaş. “Clarins” kosmetik brendin yaradıcısınıın qızı.

Niki Hilton. 30 yaş. Paris Hiltonun bacısı. Onun aktivində 20 milyon dollar var.

Pippa Middlton. Britaniya şahzadəsi Keyt Middltonun bacısı. Onun kapitalı günbəgün artaraq 50 milyon funt sterlinqi keçib.

Elizabet fon Turn-Taksis. Alman şahzadəsi və “Vogue” jurnalının əsas redaktorlarından biri. Onun kapitalı 2,3 milyard dollardan da çoxdur.

Şarlotta Kaziraqi. Monako taxtına 4-cü namizəddir. O, model və filantrop kimi tanınır. Müxtəlif mətbu orqanlarının fikrincə, o, dünyanın ən gözəl qızıdır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR