Heyvanlar tərəfindən hazırlanan paltarlar
Bizi izləyin

Bilgi.az

Heyvanlar tərəfindən hazırlanan paltarlar

Yaponiyada "Mineko Club" adını daşıyan könüllü bir qrupun tapdığı fikir həqiqətən hamının marağına səbəb olub. Bizimyol.info xəbər verir ki, cins şalvarlar istehsal edən bir fabriklə razılaşan qrup, fabrikdən götürdükləri parçaları "Kamine" zooparkındakı heyvanların qarşısına atıblar.

Parçalara hücum edən heyvanlar paltarın dizaynını tamamlayıblar. Bundan sonra parçalar toplanılıb və yenidən fabrikə göndərilib. Fabrikdə isə bu parçalardan şalvar hazırlanıb. Bu paltarlar heyvanlar tərəfindən hazırlanmış bənzərsiz paltarlara çevrilib. Aslan, pələng və ayı modeli olmaqla 3 qrupa bölünən bu paltarlar 500 - 1200 dollar arası qiymətlərlə satışa çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm