Sibirdə sirli çuxur meydana gəldi
Bizi izləyin

Bilgi.az

Sibirdə sirli çuxur meydana gəldi

Rusiyanın Sibir bölgəsində birdən ortaya çıxan sirli çuxur hər kəsi çaşdırır.

ANS PRESS-in məlumatına görə, alimlər "nəhəng çuxur"un qlobal istiləşmənin təsiri nəticəsində meydana gəldiyi qənaətindədir.

Məlumata görə, sirli çuxurun araşdırılması məqsədi ilə dünyanın hər yerindən Rusiyaya alimlər axışmağa başlayıb.

Zəngin qaz ehtiyyatına malik Sibirin şimalında yaranan çuxurun 80 metr diametrə malik olduğu bildirilir.

Rus alimləri belə genişlikdə çuxurun yaranması səbəbi kimi qlobal istiləşmənin təsirini ehtimal etsələr də bunun meteroitin düşməsi ilə əlaqələndirən iddiaları yaxın buraxmırlar. Bununla belə alimlər çuxurun necə yaranmasını öyrənmək üçün kompleks tədqiqatlara başlayıblar.

Qeyd edək ki, Sibirin bu bölgəsi Avropanın qaz təhcizatında əhəmiyyətli paya malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm