Erməni arvadı gəncəli Cavad xanı necə öldürtdü? – ŞOK FAKT
Bizi izləyin

Bilgi.az

Erməni arvadı gəncəli Cavad xanı necə öldürtdü? – ŞOK FAKT

Sisianov o qədər rəzil adam olub ki, Cavad xanın ailə üzvlərini də əsir etmişdi. Cavadxanın arvadları Bəyimxanım və Şükufəxanım, gəlini Nisəbəyim, qızları, nəvəsi Zeynəb, Sisianovun əmri ilə qalada girov saxlanılır və onların azad edilməsi üçün Gəncə əhlindən külli miqdarda pul tələb edilir.

Maraqlı məqam ondan ibarətdir ki, Cavad xanın arvadlarından biri də erməni olub. Və əzəməti, mübarizəsi ilə böyüklük simvoluna çevrilmiş bu şəxsin sonu elə erməni qadınının ucbatından faciə ilə bitir.

Cavad xan haqqında tədqiqat işləri aparan professor Sadıq Şükürov yazır ki, Cavad xanın arvadlarından biri erməni qızı Astığik idi.

Cavad xan Gəncə xanlığının nüfuzunu daha da böyütmək və ətraf ərazilərə də yaymaq üçün bir növ nikah diplomatiyasına girir. O, bununla da xrisitian və erməni məliklərini təsirinə salmaq üçün yararlanırdı.

Cavad xan Astığiklə nikaha girdikdən sonra onun adını dəyişdirib Astagül qoyur.

İllər sonra Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən rus işğalçısı Sisianov hər dəfə rədd cavabı alır. 1803-cü il noyabrın 20-də General SisianovTiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başlayır, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatır. Qalanı almağın çətin olduğunu başa düşən Sisianov müəyyən hazırlıqdan sonra 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verir.

Məhz yanvarın ilk günlərində Sisianovun qərargahına bir şəxsi gətirirlər.

Adı Revaz Andoyan olan şəxs Sisianova Gəncə qalasının yollarının, planlarının xəritəsini təqdim edir.

Cavad xanın ölümünə və Gəncənin süqutuna bais olan Anodyan Cavadxanın arvadı Astığikin qardaşı idi.

Beləcə, Pyotrun da vəsiyyət etdiyi kimi, ermənilərdən istifadə bəhrəsini vermişdi.

Publika.az

Əziz Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm