Babasildən maraqlı müalicə üsulu – Fotolar
Bizi izləyin

Bilgi.az

Babasildən maraqlı müalicə üsulu – Fotolar

Texnologiya və tibbin mükəmməl inkişaf etdiyi Yaponiyada dədə-baba müalicə növü hələ də qalmaqdadır. Məsələn, Toçiqi şəhərində yerləşən Kuniqami məbədində babasildən müalicənin yolunu tapıblar.

Müalicə üçün gələn insanlar əvvəlcə yaxınlıqda yerləşən çayda çimdikdən sonra məbəddə yerləşən yumurtaya arxasını çevirməklə əyilir və babasildən azad olur.

Məbəddə yerləşdirilmiş oval formalı daş yumurtaya arxasını çevirən insanlar maraqlı bir tilsim oxuyurlar. Guya, babasildən əziyyət çəkən insan bununla da sağalır. Lakin sağlam insan bu ayinləri təkrarlayarsa, babasilə tutula bilər.

Kuniqami məbədində hər il “Kisai” adlı festival keçirilir. Bu vaxt insanlar babasildən müalicə üçün məbədə axışırlar. Bu ənənə artıq bir əsrdir keçirilir. Bu il keçirilən festivalda Yaponiyanın 70-dən artıq yüksək vəzifəli insanları da iştirak edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm