8 dövlətdən imperiya qurmuş məşhur azərbaycanlının ad günüdür - FOTO
Bizi izləyin

Bilgi.az

8 dövlətdən imperiya qurmuş məşhur azərbaycanlının ad günüdür - FOTO

Bu gün Azərbaycan dövlətçiliyinin banisi Şah İsmayıl Xətainin doğum günüdür. Azərbaycan tarixinin ən mühüm hissəsini təşkil edən Xətai xaqlımızın adını tarixə yazmaqla yanaşı, Şərqin və dünyanın ən böyük imperiyalarından birini qurub. Xətai ilə bağlı səslənən əsas fundamental məsələlərə diqqət yetirək:

Şah İsmayıl Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

Şah İsmayıl Xətai – ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.

Şah İsmayıl Xətai – ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyətə öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.

Şah İsmayıl Xətai – ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdı və Azərbaycana xas bu idman növü geniş yayılmışdı.

Şah İsmayıl Xətai – dahi strateq idi. Öz qoşunlarını 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verəcəklər.

Xətayinin adının hallandığı əsas məsələlədən biri də “Çaldıran döyüşü”dür.

Atası II Bəyazid həyatda ola-ola özündən böyük qardaşlarını öldürərək hakimiyyətə gələn üçüncü şahzadə - I Sultan Səlim isə ölkənin coğrafi cəhətdən genişlənməsini, babası Fateh Sultan Məhəmmədin yolunu davam etdirmək istəyirdi.

Ancaq Şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli görünürdü. Belə olan halda, I Səlim və I İsmayıl arasında münasibətlər çox kəskinləşdı. Əslində hər iki lider xilafətdən sonra möhtəşəm bir imperiya yaratmaq arzusundaydılar.

Hər ikisi də müqəddəs şəhərlərə və ümumilikdə Ərəbistana sahib olmaq istəyirdi.

Şərqi Anadolunu bürüyən qızılbaş təbliğatı və Asiyadan Avropaya gedən ticarət yollarına nəzarət uğrunda mübarizə nəticədə 1514-cü il avqustun 23-də iki böyük türk dövlətinin Çaldıran düzündə üz-üzə gəlməsi ilə nəticələndi.

1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi Sultan I Səlimin başçılıq etdiyi Osmanlı ordusu arasında baş vermiş Çaldıran döyüşündə Şah Ismayılın qoşunları məğlub oldu

Təsadüfi deyil ki, məhz Çaldıran savaşından sonra Osmanlı ordusu Misiri fəth etdi və çox keçməmiş Hicaz, sonra da Yəmən, Əl-İhsən və Ərəbistanın digər hissələrinə ələ keçirdi. Məkkənin dəniz qapısı olan Ciddəyə, Misir, Hicaz və Əlcəzairin bir hissəsinə Sultan öz paşasını başçı təyin etdi (Cevdet. Ahmed. Tarih-i vekaiya devlet-i aliye. vol. 1-12. Istanbul. Hicri 1271-1292. 12 vol). Yalnız 1555-ci ildə Osmanlı dövləti ilə Səfəvilər arasında sərhədlərin tanınması barədə müqavilə imzalandı.

Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)... Şah İsmayıl vəfat etdi.

Özündən sonra qalan böyük Azərbaycan dövləti- Səfəvilər təpədn-dırnağadək milli idi və sərhədləri Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmişdir.

Publika.az

Əziz Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm