• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Şakiranın hamiləlik xəbəri yayıldı

  • Maraqlı
  • 17 İyul 2014 17:03
  • 1 369 Baxış
Şakiranın hamiləlik xəbəri yayıldı

Kolumbiya mətbuatı Şakira və Jerar Pokenin ikinci dəfə valideyn olacaqları haqda xəbər yayıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, 37 yaşlı müğənni hamiləliyinin üçüncü ayındadır.

Bu haqda ilk şayiələr cütlüyün Meksikanın Kankun istirahət mərkəzində olarkən çəkilmiş fotolarından sonra yayılıb. Ulduzun qarnı çimərlik geyimində iri görünüb.

Şakira futbol üzrə dünya çempionatının bağlanış mərasimində öz rəqsi ilə tamaşaçıları heyran qoyub. Latın Amerika mətbuatının verdiyi xəbərə görə, indi 37 yaşlı ulduz, sağlamlığını qeydinə qalmaqla məşğuldur.

Pike və Şakira yayılmış xəbərlə bağlı heç bir rəy bildirməyiblər. Qeyd edək ki, cütlüyün ilk övladı olan Milan 2013-cü ilin yanvarında dünyaya gəlib.

Son müsahibəsində isə Şakira bir neçə övlada sahib olmaq istədiyini də deyib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR