Müəllimədən şagirdə sevgi etirafı
Bizi izləyin

Bilgi.az

Müəllimədən şagirdə sevgi etirafı

Böyük Britaniyada məktəbdə işləyən İvonna Preston şagirdinə olan sevgisini ifadə etmək üçün “One Direction” qrupunun mahnı sözlərini yazaraq məktubla ona göndərib.

Qırx doqquz yaşlı ingilis dili müəlliməsi ailəlidir və dərs zamanı şagirdə onunla rəqs etməyi tapşırıb. Bu azmış kimi, o, şagirdiylə dərsdən sonra görüşmək də istəyib. İvonna şagirdinə göndərdiyi məktublarda açıq şəkildə ona sevgisini etiraf edib. Müəllimə “sevgilisindən” onunla qalmasını və onu tərk etməməsini də xahiş edib.

Təhsil işçisi məktəbdən uzaqlaşdırılıb. Onun yenidən müəllimə kimi işləməsi üçün 2 il vaxt tələb olunur.

Lakin məhkəmə zamanı müəllimənin əqli problemlərinin olması aşkara çıxıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm