Məşhur rejissor Adnan Oktarla görüşüb
Bizi izləyin

Bilgi.az

Məşhur rejissor Adnan Oktarla görüşüb

Məşhur amerikalı aktyor və rejissor Stiven Siqal (Steven Seagal) Adnan Oktar ilə görüşdü.

Avropa qastrolu çərçivəsində konsert vermək üçün İstanbula gələn məhşur musiqiçi və aktyor Stiven Siqal A9 TV-də hər gün canlı efirə çıxan Cənab Adnan Oktar ilə görüşüb.

İlkin tanışlıqda Adnan Oktar məşhur müğənninin üz ifadəsindən onun çox təmiz, sakit və təvazökar biri olduğunu söylədi. Adnan Oktar, bu iltifatlardan çox məmnun olduğunu bildirən Stiven Siqala “Yaradılış Atlası” adlı kitabını hədiyyə etdi. Məşhur müğənni “Yaradılış Atlası”nın möhtəşəm bir kitab olduğunu və Adnan Oktarın bütün kitablarının fövqəladə olduğunu, kainatın sirlərini əhatə etdiyini bildirdi. Daha sonra Adnan Oktarın əsərlərindən bəzilərini ətraflı oxumaq və araşdırmaq üçün 3-4 həftə vaxt ayıracağını söylədi.

Görüş zamanı Adnan Oktar dünyanın qan gölünə çevrildiyini, sülhü və əmin-amanlığı bərpa etməyə çalışanların azlıq təşkil etdiyini, lakin güclü olduqlarını söylədi. Stiven Siqalın da bu insanların arasında olduğunu, yaxın gələcəkdə yaxşı və sülhsevər insanların bir araya gələcəklərini, dünyanın əsl sahiblərinin onlar olduğunu ifadə etdi. Stiven Siqal “tamamilə haqlısız” deyərək Adnan Oktarın bu sözlərini təsdiqlədi.

Blues tərzində yaratdığı musiqilərlə də tanınan Stiven Siqala Adnan Oktar blues tərzini çox bəyəndiyini və onun əsərlərindən bir çoxunu dinlədiyini söylədi. Məşhur müğənni "Musiqi Allah’ın dilidir. Çünki insanların ortaq şəkildə anlaya bildikləri tək dildir" dedi. Siqal Ramazan ayında İstanbulda olduğu üçün çox xoşbəxt olduğunu ifadə etdi. Adnan Oktar "müharibələrin və terrorun bitdiyi çox gözəl bir dövrün gələcəyi"nin müjdəsini verdikdə, Siqal "Mən də belə bir dövrün gəlməsini gözləyirəm. Az əvvəl də qeyd etdiyim kimi, musiqini seçməyimin digər səbəbi də sülhü, sevgini və xoşbəxtliyi yaymağa çalışmaqdır" dedi.

Söhbətin sonlarında Adnan Oktar belə mahir bir rejissor, musiqiçi və aktyor ilə tanış olmaqdan duyduğu məmnuniyyətini ifadə etdi. Siqal isə yenidən Türkiyəyə gəlmək istədiyini və Adnan Oktar ilə yenidən görüşmək istədiyini söylədi. Ayrıca, Adnan Oktarın söhbətlərinin çox səmimi olduğunu ifadə etdi. Adnan Oktar Siqala çox xüsusi bir təsbeh və Osmanlı tombağı hədiyyə etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm