Dünyanın ən qeyri-adi hava limanları – Fotolar
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qeyri-adi hava limanları – Fotolar

Publika.az dünyanın ən qəribə və maraqlı hava limanlarını siyahısı təqdim edir:

  1. Gisborn hava limanı, Yeni Zelandiya.

Yeni Zelandiyanın şimalında, o qədər də böyük olmayan Gisborn şəhərində eyni adlı hava limanı yerləşir. Burada küçələr kiçik və dar olduğundan məkana qənaətlə yanaşırlar. Bu səbəbdən, təyyarənin uçuş zolağı fəaliyyətdə olan qatar relsləri üzərindən keçir. Təyyarələr az uçduqlarından qatarların fəaliyyəti heç bir problem yaratmır. Lakin bəzən təyyarə ekipajı qatara görə gecikmələrlə üzləşir. Belə ki, təyyarə yerə enməzdən əvvəl qatarın keçməsini gözləməlidir.

  1. Şahzadə Yuliana hava limanı, Müqəddəs Martina adası.

Hazırki hava limanı dünyanın ən təhlükəli limanlarından biridir. Karib hövzəsində yerləşən ada Fransa və Hollandiya arasında bölüşdürülüb. Demək olar, burada təyyarə birbaşa çimərliyin üzərindən keçir. Təyyarə çimərlikdə istirahət edən turistlərin başı üzərindən cəmi 10-20 metr hündürlükdə uçur.

  1. Xianço-İraksun hava limanı, Saba adası.

Karib hövzəsində Müqəddəs Martin adasından 46 kilometr uzaqlıqda ən qısa uçuş xətti olan hava limanı yerləşir. Yolun uzunluğu 400 metrdir. Buraya yalnız kiçik təyyarə və vertolyotlar enə bilər. Hollandiyaya məxsus adanın hava limanı ən təhlükəli hava limanı hesab olunur.

  1. Cəbəllütariq hava limanı, Cəbəllütariq

Böyük Britaniyaya məxsus olan ərazidə yerləşən hava limanının uçuş xətti avtomobil magistralının üzərindən keçir. Hər dəfə təyyarə eniş və ya uçuş edərkən yol hərəkəti dayandırılır.

  1. Funşala hava limanı, Madeyra adası, Portuqaliya.

Adanın landşaftını nəzərə alan mühəndislər təyyarə üçün uçuş zolağının inşası üçün süni torpaq yaratmalı olublar.

  1. Kurşevel hava limanı, Fransa

“Cemys Bond” filminin çəkildiyi hava limanının uçuş zolağı çox qısadır – cəmi 525 metr. Yalnız təcrübəli pilotlar təyyarəni bu hava limanına endirə bilər. Nəzərə alaq ki, hava limanı Alp dağlarında yerləşir.

  1. Barra hava limanı, Şotlandiya

Hava limanı Şotlandiyanın Barra adasına yerləşir. Buranın özəlliyi ondan ibarətdir ki, buranın torpağı dəniz qumundan ibarətdir. Qabarma və çəkilmələr nəticəsində su, uçuş zolağını ört-basdır edir.

  1. Ays Ranvey, Antarktika

Bu hava limanının uçuş zolağı nə qum, nə asfalt, nə də beton yoldan ibarətdir. Uçuş xəttini buz təşkil edir. Təyyarə yerə enməyə həm buza, həm də kəskin hava şəraitinə görə çətinlik çəkir. Dekabrın sonunda buzlar əriyərkən uçuş dayandırılır.

  1. Yadin hava limanı, Çin.

Tibetdə yerləşən hava limanı dəniz səviyyəsindən 4411 metr hündürlükdədir.

  1. Kansay hava limanı, Yaponiya.

Hava limanı iki müxtəlif adada yerləşir. Hava limanının yerləşdiyi ada isə seysmik cəhətdən çox fəaldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm