Dünyanın ən seksual qadınları
Bizi izləyin

Bilgi.az

Dünyanın ən seksual qadınları

Dünyanın ən seksual qadınları

Minlərlə il ərzində sadəcə bir neçə qadın “insanı başdan çıxaran” şöhrətini qazanıb. Bu qadınlar ağıllı, qabiliyyətli və kiminlə danışarsa danışsın istədiyini əldə edə bilən qadınlar idi.

Kleopatra: Mark Antoni və Julius Caesar kimi dünyanın ən güclü imperatorlarının sevgilisi olan bu misirli firon qadın onları necə ələ alması ilə tanınır. Xüsusilə Caesar ilə ilk tanış olduğu an tarix boyu danışılıb: Kleopatra özünü bir xalıya bürüyüb və Caesarin xüsusi otağına apartdırıb. Bax, bu həqiqətən də bir az ərköyünlük tələb edir. 1963-cü ildə çəkilmiş Amerikan-İngilis ortaq çəkimi olan “Kleopatra” filmində Kleopatra obrazını Elizabet Taylor canlandırıb.

Katerina the Great (II Katerina): Bu Rus imperatorunun (bütün Rus idarəçi qadınları arasında ən məşhurudur) bir çox sevgilisi olub. Hətta rəvayətə görə, seks həyatı o qədər canlı idi ki, bir atla birlikdə olmağa çalışarkən ölmüşdü, lakin bu sadəcə vəziyyəti şişirtmək üçün ortaya atılan dedi-qodu idi. Sevgililərini, onu əyləndirdiyi müddətdə yanında saxlayırdı. Sonra isə onlara torpaq verərək başından edirdi. Rusiyanı 34 il idarə edən II Katerinanın dövründə Rusiya Osmanlı dövlətinə çox böyük itkilər verdirib.

Violet Gordon-Vudhaus: Həddindən artıq ciddi İngilis leydisi eyni damın altında 4 adamla birlikdə yaşayırdı. Dörd ərindən sadəcə biriylə qanuni olaraq evli idi, lakin digərləri də bir qadını paylaşmaq mövzusunda açıq fikirli idilər və xoşbəxt yaşayırdılar.

Mata Hari: Bu ekzotik hollandiyalı rəqqasə 1900-cü illərin fəal rəqs stiliylə Parisin ən məşhurlarından biri olmuşdu. Bu maraq onu bir çox güclü adamın da sevgilisi edib və onlarla birlikdə Avropanın hər yerini gəzib. Birinci Dünya Müharibəsi başlayanda H-21 kod adına sahib bir Alman casusu olaraq bir çox sirri ələ keçirib. Lakin sonda tutularaq məhkum edilib və fransızlar tərəfindən güllələnib.

Merlin Monro: Və XX əsrin ən məşhur seks simvolu... Amerikalı Merlin Monro... Dövrün amerikan prezidenti olan Con F. Kennedini sadəcə səsiylə, 1962-ci ildəki doğum günündə ad günü mahnısını oxuyaraq başdan çıxarıb. Əlaqələri qısa, amma yoğun idi. Atletlərdən yazıçılara və siyasətçilərə qədər hər kəsi ovsunlayan Monro saf seksuallığa sahib idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm