Bilgi.az
Bu günün tarixi (20.07.2014)
Miladi: 20 iyul 2014
Hicri: 22 Ramazan 1435
İlin 201-ci günü
İlin sonuna 164 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.00
Günəş - 06.26
Zöhr - 13.51
Əsr - 18.27
Məğrib – 21.24
İşa – 23.04
1402-ci ildə Osmanlı padşahı İldırım Bəyazid ilə Topal Teymur
arasında Ankara müharibəsi baş verib
1901-ci ildə türkiyəli sənayeçi və iş adamı “Koç” holdinqin
qurucusu Vəhbi Koç anadan olub
1903-cü ildə Henri Ford ilk avtomobili istehsal edib
1918 - Xalq Cumhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru
paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu
daşnak-bolşevik "Bakı Kommunası" qoşunlarına daha bir zərbə
endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları
cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə
irəliləməyə başlamışdı.
1938-ci ildə türkiyəli siyasətçi Dəniz Baykal anadan olub
1940-cı ildə Danimarka BMT-dən ayrılıb
1948-ci ildə Azərbaycanın Xalq artisti Ramiz Əzizbəyli anadan
olub
1951-ci ildə İordaniya kralı I Abdullah cümə namazı vaxtı bir
fələstinli tərəfindən öldürüldü
1966-cı ildən bu tarix Beynəlxalq şahmat günüdür
1970-ci ildə Şən və Hazırcavablar klubu “Bakılı oğlanlar”
komandasının kapitanı, sabiq millət
vəkili Anar Məmmədxanov anadan olub
1973-cü ildə çinli aktyor və kunq-fu ustadı Bryus Li müəmmalı
şəkildə vəfat edib
2001 - Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet
Şurasının yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, yeni
təsisat ölkədə kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti
təmin etməli idi. Sonradan beynəlxalq ekspertlərlə (o cümlədən
Avropa Şurası) aparılan məsləhətləşmələrdən sonra dövlət tərəfindən
yalnız Teleradio Şurasının yaradılması qərara alındı.Mətbuat Şurası
isə 2003-cü ildə qeyri-hökumət qurumu kimi təsis edildi.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!