Şimali Koreya rəhbərini təpikləyib, başına vedrə keçirdilər – VİDEO
Bizi izləyin

Bilgi.az

Şimali Koreya rəhbərini təpikləyib, başına vedrə keçirdilər – VİDEO

Kim Çen İnin naqolay vəziyyətdə təsvir olunduğu videoçarx Şimali Koreyada hiddət doğurub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, üç dəqiqəlik videorolik Çində montaj olunub. Klipdə Şimali Koreya lideri gülünc vəziyyətlərdə təsvir olunur. Gah məşhur terrorçu Bin Ladenlə əl-ələ verib qaçır, gah Barak Obamadan təpik yeyir. Bir səhnədə isə “dahi rəhbər”in başına vedrə keçirirlər.

Klipin müəllifi Cənubi Koreyada təhsil alan bir çinli tələbədir. Bu səbəbdən Şimali Koreya videoçarxın yayılmaması tələbi ilə Çin Xalq Respublikasına müraciət edib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm