Bilgi.az
Ərəblər öz liderlərini biabır etdi
Ərəb karikaturaçıları İsrailin Qəzzada törətdiyi qırğınlara heç bir reaksiya göstərməyən ərəb liderlərini biabır edib. Artıq 5 gündür ki, İsrailin Qəzzaya fasiləsiz hücumu davam edir, lakin ərəb liderləri hələ də susmaqla kifayətlənirlər.
Ərəb karikaturaçıları özlərinin məsələyə münasibətlərini ortaya qoyublar. Onların çəkdiyi şəkillərdə yalnız Türkiyə hökumətinin Qəzzada baş verənlərə reaksiya verməsinə işarə olunub.
Türkiyə ilə əlaqədar çəkilən başqa bir karikaturada isə baş nazir Rəcəb Tayyib Ərdoğanın çıxışlarında vaxtaşırı İsraili rüsvay etməsi əksini tapıb.
Qəzza bombalandığı halda, İsrail və onun ən böyük dəstəkçisi ABŞ-la sıx əlaqələr qurmuş Misir rəhbərliyi karikaturalarda daha çox tənqid olunur. Misir xuntasının lideri Sisi, Netanyahunun kuklası kimi bu karikaturalarda xüsusi gözə dəyir.
Ərəb liderləri ilə yanaşı, İran da karikaturaçıların hədəfinə çevrilib. Karikaturaların birində dövlət başçılarının üzdə bir-birilə razılaşmadıqları, lakin masanın altında İsraillə gizli müqavilə imzaladıqları əksini tapıb.
Rəssamlar ərəb liderlərinin İsrailin törətdiyi cinayətə görə susmalarını “Bənzərsiz Ərəb Səssizliyi” kimi adlandırıblar.
Ərəb dünyasının ümumi səssizliyinə diqqət çəkən bir başqa karikaturada isə öldürülən günahsız qəzzalıların üstünə üzərində “Səssizlik” yazılmış örtük “salınıb”, bu, onların qətlinə reaksiyanın olmamasına işarədir.
Nura
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq