126 yaşlı subay uzunömürlülüyünün sirrini açdı
Bizi izləyin

Bilgi.az

126 yaşlı subay uzunömürlülüyünün sirrini açdı

Heç bir sənədi olmayan Joze Aginelo duş Santuş (Jose Aguinelo dos Santos) onları yalnız 2014-cü ildə alıb.

2001-ci ildən Qocalar evində yaşayan Joze Aginelo duş Santuş buranın işçilərinə XX əsrin əvvəllərində baş verən hadisələrdən danışıb. Qocalar evinin administrasiyası ekspertiza yolu ilə braziliyalının Yer kürəsində ən yaşlı insan olduğunu sübut etməyi qərara alıb. Onlar ekspert çağırıblar, ekspertlər öz növbəsində kişiyə suallar veriblər və müəyyən ediblər ki, o yalan danışmır. Ona özünün göstərdiyi tarixdə yəni – 1888-ci il iyul ayının 7-si sənəd verilib.

Santuş sənədlərini əldə etdikdən sonra ekspertlər onun bu qədər uzun yaşamasının səbəbləri ilə maraqlanmağı qərara alıblar. Amma braziliyalı onları müdrik məsləhətləri ilə sevindirə bilmədi. “Mən bu yaşıma uzun illər yaşadığım üçün çatmışam”, - qoca deyib. “Sən sadəcə həyatının hər anını olduğu kimi qəbul edərək qocalırsan və qocalırsan”, - uzunömürlü əlavə edib.

Joze Aginelo duş Santuş əsasız gəzir, təfəkkürü aydındır və yumor hissi var. Son 50 ildə günə bir qutu siqaret çəkib. Qanında xolestrin və şəkər normadan artıq deyil, təzyiqi qaydasındadır. Onu müntəzəm şəkildə yoxlayan həkimlərin sözlərinə görə kişinin heç bir xəstəliyi yoxdu, vitaminlərdən başqa heç nə qəbul etmir. Qocalar evinin personalı ahılın mahnı oxumağı xoşladığını görüb. Amma heç kim onu müşayiət edə bilmir, çünki oxuduğu mahnılar çox qədimdir.

O, Braziliyada quldarlığın ləğv edildiyi ildə doğulub, onun valideynləri təhkimli olublar. Ömrünün çox hissəsini qəhvə plantasiyasında işləyib (artıq azad olduqdan sonra). Joze Aginelo duş Santuş heç bir zaman evli olmayıb, uşaqları da yoxdur.

Qocalar evində himayələrində olan qocanın Ginness kitabına düşməsində iddialıdırlar. Bunun üçün 22 min dollarlıq ekspertiza lazımdır, buna baxmayaraq qocalar evinin sahibləri xərcləri ödəməyə hazır olduqlarını bildirdilər, belə ki, onların fikrincə qoca buna layiqdir.

Planetin ən ahıl kişisi titutlu indi 111 yaşlı yapon Sakari Momoiyə məxsusdur. O, bu titulu 2014-cü ilin iyun ayında, əvvəlki rekordçu polyak mənşəli amerikalı Aleksandr İmiçin vəfatından sonra alıb.

Planetdə ən ahıl qadın isə 1898-ci ilin mart ayının 5-də (116 yaş) anadan olmuş yapon Misao Okavadır. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm