• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məşhurların rədd etdiyi əxlaqsız təkliflər

  • Maraqlı
  • 23 İyul 2014 06:38
  • 654 Baxış
Məşhurların rədd etdiyi əxlaqsız təkliflər

Publika.az Kulis.Az-a istinadən məşhurlara edilmiş əxlaqsız təklifləri təqdim edir.

90-cı illərin ən məşhur manekenlərindən olan Klaudiya Şiffer bir milyon sterliqin müqabilində ərəb şahzadəsindən şam yeməyi yemək təklifi alıb. O deyib: “Bu tipli başqa təkliflər də almışdım, amma ən qəribəsi bu ərəb şahzadəsindən gələn təklif idi. Əlbəttə, rədd cavabı verdim. Buna görə də özümlə fəxr edirəm".

Xatırladaq ki, Şiffer 2002-ci ildən prodüser Matthew Vaughn ilə evlidir, 12, 9 və 3 yaşında üç uşağı var. Bu siyahıda İngiltərə vəliəhdi şahzadə Çarlzın oğluyla evlənən Keyt Midltonun bacısı Pippa da var. Bacısı sayəsində məşhurlaşan Pippaya porno film istehsalı ilə məşğul olan Vivid Entertaiment şirkətindən təklif gəlib. Gənc qadına əməkdaşlığa görə, 5 milyon dollar təklif olunub. Əlbəttə bu təklif cavabsız qalıb.

Britni Spirs də əxlaqsız təklif alan müğənnilərdəndir. 2000-ci ildə varlı bir iş adamı onunla bir gecə keçirəcəyi qarşılığında 7,5 milyon dollar təklif edib. Britni təklifi “iyrənc” adlandıraraq rədd edib. Məşhur Hollivud ulduzu Şarlz Terona isə evlənmə təklifi gəlib. Mətbuat konfransında bir jurnalistin ona evlənmə təklifi etməsi azmış kimi, üstəlik yatağın hansı tərəfində yatmağı xoşladığını da soruşub.

Pamela Anderson Las-Veqasda poker oyununda 250 min dollar uduzub. Rik Solomon adlı poker mütəxəssisi bir öpüş qarşılığında borcun silinəcəyini bildirib. Bu əhvalatdan sonra onlar evlənsələr də sonra qalmaqallı şəkildə boşanıblar. Kelli Bruka Kann festivalında əxlaqsız təklif gəlib. Bir ingilis milyonçusu gecəni onunla keçirəcəyi təqdirdə bir milyon avro təklif edib. Bruk təklifi rədd edib.

Mahnı müsabiqəsində səsinin gözəlliyi ilə diqqət çəkən Susan Boyla əxlaqsız təklif ediblər. 47 yaşlı bakirə Susana 1 milyon sterlinqlik təklifi rədd edib. Türkiyəli aktrisa İpek Tuzcuoğlu “Baş rol rejissorun yatağından keçir” qaydasının işlədiyini və özünün də çox gənc ikən belə əxlaqsız təklif aldığını söyləyib.

Murat Dalkılıç gecə barda səhnədə ikən ona məktub veriblər. Mahnı sifarişi olduğunu düşünən müğənni məktubu açıb. Orda bu sözlərin yazıldığını görüb: “Beş gecə üçün 3 min dollar, 10 gecə üçün beş min dollar verirəm. Səni çıxışdan götürəcəm” sözlərinin yazıldığını görüb. Kağızı kimin göndərdiyini axtararkən, 60 yaşlı bir qadının ona gülümsədiyini görüb. Kağızı qarsonla geri göndərən Muratın başına gələn bu hadisə mediada müzakirə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR