• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bu, kino deyil: Çak Norris soyğunçuları necə “sındırdı”?

  • Maraqlı
  • 23 İyul 2014 13:05
  • 1 033 Baxış
Bu, kino deyil:  Çak Norris soyğunçuları necə “sındırdı”?

Hollivud ulduzu Çak Norrisin ekran qəhrəmanları, adətən, məğlubedilməz, Şərq əlbəyaxa idman növlərinin bilicisi, bir sözlə, əsl döyüşçü xarakterinə malik adamlar olur.

Elə aktyorun özü də real həyatda yaratdığı kino qəhrəmanlarından geri qalmır.

Əfsanəvi Brüs Li ilə möhkəm dost olmuş Çak Norris Braziliya ci-cutsusu üzrə birinci dan sahibidir.

Bundan əlavə, o, taekvando üzrə 9-cu , cit-kun-do üzrə 9-cu, karate-do və tank su do üzrə 10-cu, çank kuk do üzrə 11-ci dan sahibidir.

Çak Norris ona dünya şöhrəti gətirən “Texas reynceri” filminə çəkilərkən maraqlı bir əhvalat baş vermişdi.

Çəkilişdən sonra evinə qayıdan aktyora qaranlıq küçələrin birində iki soyğunçu yaxınlaşır. O düşünür ki, yəqin, yaxınlaşanlar avtoqraf istəyən fanatlardır. Odur ki, gülümsəyərək dayanır. Bu zaman yaxınlaşanlardan biri bıçaq çıxararaq Çak Norrisdən pul kisəsini tələb edir.

Çak təəccüblənərək: “Siz dəli olmusunuz, məni tanmırsınız?” deyə soruşur. Onlar isə “Səni yaxşı tanıyırıq, bilirik kimsən. Onu da bilirik ki, üstündə pul var. Pulları ver, yoxsa öləcəksən” cavabını verirlər.

Məsələ ondadır ki, soyğunçular mahir döyüşçü olan Çak Norrisdən 2-4 metr aralıda və silahlı olsaydılar, yenə necəsə salamat qalmaq şansları olardı. Yaxın məsafədə isə...

.

Dörd dəqiqədən sonra hadisə yerinə gələn polis ənənəvi kovboy şlyapası qoyan Çak Norrisi və yerdə zarıyan, əl-qolları qırılmış iki soyğunçunu görür.

Dindirilmə zamanı cinayətkarlar aktyoru əvvəlcədən tanıdıqlarını etiraf etdilər. Onlar elə bilirmiş ki, Çak Norris yalnız kinoda yaxşı döyüşə bilir. Realda isə iki cavan və qüvvətli soyğunçu ilə bacarmaz. Amma...

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR