Məşhurların qəribə və məzəli toy geyimləri – Fotolar
Bizi izləyin

Bilgi.az

Məşhurların qəribə və məzəli toy geyimləri – Fotolar

Publika.az bir sıra məşhurların standartlardan çıxaraq geydikləri qeyri-adi toy paltarlarının fotolarını toplayıb.

Siyahını təqdim edirik.

  1. Rok ifaçısı Qven Stefaninin toyu 2002-ci ildə Londonda baş tutub. O, toya flaminqo quşu kimi ağ və çəhrayı rəngdən ibarət gəlinlik libasında təşrif buyurub.
  2. “Çimərlik gözətçisi” kimi tanınan iri sinəli Pamela Anderson toyuna kapitan papağı və ağ bikinidə gəlib.
  3. Rok üslubunda hazırlanmış toy məclisində Biyanka Caqer altdan heç nə geyinməmək şərti ilə ağ smokinq pencəkdə gəlib.
  4. Dizədək ağ uzun corab və geyimdə Yoko Ono toyunda özünü məktəbli qıza bənzədib. O, 1959-cu ildə Con Lennonla ailə həyatı qurub.
  5. Tina Törner İsveçrədə baş tutan toyuna qara libasda gəlib.
  6. 1994-cü ildə ailə həyatı quran Selin Dion toyuna Fransız inqilabından ruhlanaraq ziyafət geyimində gəlib. Onun başında 4 kiloqram çəkisi olan büllur tac olub.
  7. Kevin Federlaynla ailə həyatı quran Britni Spirsin ənənələrdən kənara çıxaraq toya qısa şortla gəlib.
  8. Model Keti Prays toyuna pəri görkəmində gəlib. Ketinin çəhrayı geyimi 9 metr uzunluqda olub.
  9. Hollivudun ən seksual qadınlarından biri hesab edilən Kira Naytli öz toyunda çox qapalı geyimdə olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm