Oruc tutmadığına görə dodağını siqaretlə yandırdılar
Bizi izləyin

Bilgi.az

Oruc tutmadığına görə dodağını siqaretlə yandırdılar

Edam və şallaq kimi cəzalarla ad çıxarmış İranda bu dəfə xristianlara qarşı vəhşicəsinə davranıblar. Belə ki, müsəlmanların müqəddəs Ramazan ayında yemək qəbul edən xristian bir kişinin dodaqları siqaretlə yandırılıb.

Cəza Kirmanşah şəhərinin mərkəzi meydanında ictimaiyyət qarşısında icra edilib. Ramazanda oruc tutmayan beş müsəlmana isə 70 şallaq vurulub. Bu haqda xəbəri şəhərin vali köməkçisi Əli Əşrəf Kətami deyib.

Hökumət əleyhinə çıxış edən İranın Milli Müqavimət Şurasının sözçüsü isə bu hərəkəti “vəhşilik” adlandırıb və Qərb ölkələrini bu barədə ölçü götürməyə səsləyib.

Qeyd edək ki, 76 milyonluq İran əhalisinin 250 min nəfəri xristiandır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm