Rusiyanın ən çox qazanan ulduzları - SİYAHI
Bizi izləyin

Bilgi.az

Rusiyanın ən çox qazanan ulduzları - SİYAHI

Məşhur "Forbes" jurnalı 2014-cü ilin ən çox gəlir əldə edən rusiyalı məşhurlarının siyahısını dərc edib.

Ailem.az axsam.az-a istinadən xəbər verir ki, həmin siyahıya 24, 4 milyon dollar gəliri ilə tennisçi Mariya Şarapova rəhbərlik edir.

İkinci yerin sahibi isə 18 milyon dollar qazancla drijor Valeriy Qergiyevdir.

Siyahının üçüncü pilləsində 16, 6 milyon dollarla xokkeyçi Aleksandr Oveçkin qərarlaşıb.

İlk onluğun ardıcıllığı belədir:

4. Müğənni Qriqoriy Leps (12 milyon dollar)

5. Müğənni Filipp Kirkorov (12 milyon dollar)

6. Xokkeyçi İlya Kovalçuk (11 milyon dollar)

7. Xokkeyçi Yevgeni Malkin (9,3 milyon dollar)

8. Müğənni Alla Puqaçova ( 4 milyon dollar)

9. Fiqurlu konkisürən Yevgeni Plyuşenko (2,8 milyon dollar)

10. Teleaparıcı Kseniya Sobçak (1,4 milyon dollar) /Ailem.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm