5300 illik mumiyanın lənəti - Fotolar
Bizi izləyin

Bilgi.az

5300 illik mumiyanın lənəti - Fotolar

Avstriya-İtaliya sərhədində yerləşən Alp dağlarının Etsi vadisində əriməkdə olan buzlaqlar arasından insan mumiyası tapılıb. Elə tapılan mumiyaya da Etsi adı verilib. Maraqlısı budur ki, təbiət tərəfindən mumiyalaşdırılmış cəsəd günümüzədək yaxşı vəziyyətdə qalıb. Lakin “Buz adam” ləqəbini daşıyan mumiyanın sirri bununla da bitmir.

Etsi mumiyasının bütün insanlardan fərqli, dəqiq desək, üstün fiziki xüsusiyyətləri ilə seçilir. Amma bunu da bir kənara qoyaq. Çünki daha maraqlı məqam var: mumiya onu araşdırmağa çalışan insanları lənətləyib!

Buz Adamın – Etsinin ölüm səbəbləri indiyədək də araşdırılır. İlk əvvəllər onun ölümünə qar fırtınasının səbəb olduğu deyilirdi. Sonradan isə Roma İmperiyası dövründən qalan təbii şərtlərlə mumiyalanmış Tollun və Lindaunun cəsədlərinin tapılması Etsi mumiyasının da sirrinin çözülməsinə şərait yaratdı. Daha doğrusu, versiyalardan birinə görə, Toll və Lindau kimi Etsi də cinayət qurbanı olub.

Onun bədənində aparılmış ekspertiza nəticəsində ox izləri ortaya çıxıb və bu azmış kimi, onun əllərində, biləklərində və bədənində də yara və zədələr tapılıb. Tapılmış dəlillərdən ilham alan avstraliyalı molekulyar bioloq Tomas Loy belə qənaətə gəlib ki, Etsi və iki yoldaşı ovçuluq edərkən rəqib bir qrupla üzləşib. Mumiya tapıldığı vaxtdan etibarən məhkəmə-tibbi, arxeoloji və antropoloji ekspertizadan keçirilib. Mumiya əhatəli şəkildə ölçülüb, rentgen şüalarından keçirilib. Onun toxumaları və həzm sistemi araşdırılıb, bundan əlavə, onun yanında tapılmış alətlərin üzərindəki tozcuqlar və qalıqlar da mikroskopla araşdırılıb. Məlum olub ki, Etsi 30-45 yaşlarında olan kişi cinsindəndir və onun boyu 1.60 sm olub.

Üzərində tapılan toz-torpaq və dişlərinin mina qatından onun uşaqlığının İtaliyanın şimalında yerləşən Boltsanoda keçdiyini, sonradan isə yetkinlik yaşında 50 kilometr şimala doğru köç etdiyini müəyyən ediblər. Etsinin bədəninin müxtəlif yerlərində 57 tatu var. Daha maraqlısı budur ki, bu döymələr bu gün də tibbdə istifadə edilən aku nöqtələrinin üzərində və ya o nöqtələrə çox yaxın yerlərdə vurulub.

Məhz bu aku nöqtələrinin vurulduğu yerdən məlum olub ki, Etsi həzm sistemindəki parazitlərdən və osteoartit xəstəliyindən əziyyət çəkib. Etsinin geyimlərinin də (quru otlardan hörülmüş bürüncək, dəri gödəkçə və ayaqqabı) böyük ustalıqla hazırlanıb. İri və suyadavamlı ayaqqabılar qarda yeriməkçün xüsusi hazırlanıb. Ayaqqabının altı ayı dərisi, üst hissəsi isə maral dərisindən hazırlanıb, alt və üst hissələrin arasında taxtadan istifadə edilib. Ayaqqabının ətrafı və içi quru otlarla örtülüb, bu isə isti corab funksiyasını daşıyır.

Etsi ilə birlikdə tapılan əşyalar arasında sapı qaraçöhrə ağacından olan mis balta, sapı göyrüş ağacından olan çaxmaqdaşı bıçağı, quşüzümü budağından hazırlanmış ox və oxqabı olub, Etsinin boynunda istehsalı sona çatmamış qaraçöhrə ağacından hazırlanmış yay olub. Etsinin yanında iki növ maya göbələyi də tapılıb. Ağcaqayın ağacının göbələyinin antibakterial faydalarının olması tibb aləminə məlumdur. Digər göbələk isə od əldə etmək üçün istifadə edilən çıra göbələyi olub.

Etsinin həzm sisteminin analizləri zamanı onun mədəsindən dağ keçisi, qırmızı maral əti, iki ayrı yemək və taxıl qalıqları tapılıb.

DNT analizləri zamanı Etsinin silah və əşyalarının üzərində 4 müxtəlif adamın qan izləri də tapılıb. Qan izləri onun bıçağında, oxunun üstündə və bürüncəyində olub. Etsinin DNT analizləri zamanı onun genetik soyunun çox nadir olması məlum olub. İngiltərənin Lids Universitetinin professoru Martin Riçards, Etsinin soyunun tükəndiyi fərziyyəsini ortaya qoyub. Riçards və onun həmkarlarının apardığı araşdırmalar nəticəsində Etsinin indiki Avropada rast gəlinməyən bir soya aid olduğunu təsdiqlənib.

On dörd il ərzində Etsi ilə bağlı araşdırma aparan 7 alim ölüb. Bəziləri bu ölüm hallarını Etsinin lənəti olduğunu düşünür, bəziləri isə bunun bir təsadüf olduğuna inanır.

Lənətlənmə 1992-ci ildə Etsinin bədənini araşdıran həkim Reyner Hennin ölümü ilə üzə çıxıb. Həkim Henn, Etsi haqqında məlumat verəcəyi bir konfransa gedərkən avtomobilində qəzaya düşərək ölüb.

İkinci qurban isə Etsini tapan alpinist Kurt Fritz olub. O, uçqun altında qalaraq ölüb.

Avstraliyalı jurnalist Reyner Hoyelzl isə üçüncü qurban idi. O, yeganə jurnalist idi ki, Etsi haqqında reportaj hazırlamaq hüququnu qazanaraq çəkdiyi filmi dünyaya təqdim edib. Film nümayişindən bir neçə ay sonra naməlum bir xəstəlikdən ağır iztirablar içində ölüb. Onun beynində şiş olduğu ehtimal edilib.

Dördüncü qurban Etsini tapan alman əsilli turist Helmut Saymondur. O, sakit havada qəfil qar fırtınasına düşüb. Fırtına zamanı Helmut, Etsinin ölüm yerindən 200 kilometr uzaqda yerləşən uçuruma yuvarlanıb. Helmut Saymon basdırılandan bir saat sonra isə axtarış qrupunun rəhbəri Dayter Vorneyk 45 yaşında infarktdan ölüb.

Etsini bakteriya və göbələklərdən qorumaq üsulunu inkişaf etdirən professor Fridrix Tayfen Brünnür 2005-ci ilin yanvarında ürək əməliyyatı zamanı vəfat edib.

Tifenbrünnerin olduğu elmi qrupa başçılıq edən və Etzi mövzusunda bir nömrəli ekspert olan arxeoloq Konrad Spayndler beş ölümdən sonra artıq dolaşmaqda olan lənətlənmə ilə bağlı söhbətləri eşitmişdi. O , “Nə yəni? sırada mənəmmi? Bunlar hamısı media uydurmasıdır” deyərək hər şeyi inkar etməkdə idi. 2005-ci ilin aprelində o da xroniki xəstəlikdən vəfat edib.
Həmin ilin oktyabrında avstraliyalı həkim Tom Loy "lənət"in son qurbanı olub. Lənətlənmişlərin sayı beləcə yeddiyə çatıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm