İsrailin bir nömrəli düşməni: ələkeçməz Məhəmməd Deyf
Bizi izləyin

Bilgi.az

İsrailin bir nömrəli düşməni: ələkeçməz Məhəmməd Deyf

İsrail kəşfiyyatı hesab edir ki, Məhəmməd Deyf öldürülsə, müharibənin gedişatını dəyişmək olar. Bu şəxs “Həmas”ın ən döyüşkən cəbhəsinin“İz əd-Din əl Kəssam”a rəhbərlik edir.

Publika.az xəbər verir ki, bu haqda İtaliyanın “ La Repubblica” qəzetində Fabio Skuto yazıb:

“Hazırda İsrailin xüsusi xidmət orqanları Qəzzada milyonlarla telefon zəngini durmadan izləyir. İsrailin “Şabak” (daxili təhlükəsizlik xidməti) və “Aman”ın (xarici kəşfiyyat idarəsi) onlarla agenti bu adamın axtarışındadır.

Ancaq nəticəsiz. Deyf əsl əfsanədir. Məhz o, “Həmas” qruplaşmalarını effektiv, döyüşkən orduya çevirib.

Qəzzadakı döyüşçülərə də o, komandanlıq edir. Heç kimə etibar etmir. Hara, hansı marşrutla gedib-gəlməsini çox məhdud sayda silahdaşı bilir. Bütün dünyaca məşhur olan İsrail kəşfiyyatı Məhəmməd Deyfi “kölgə adam” adlandırır. Və onu tapmaqda acizdi. İlk baxışda adama elə gəlir ki, onu tapmaq asandı. O, əlil arabasındadı. Məlumdur ki, sui-qəsd nəticəsində əlini, ayaqlarını, gözünü itirib. Ancaq bununla belə, heç bir fotosu yoxdur. 20 min döyüşçünün komandanını 10 ildən bəri axtaran İsrail agentləri çarəsiz halda əllərini yelləyirlər.

Axı Deyf məhv edilsə, çox şey dəyişərdi.”

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm