• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Doqquzmərtəbəli binaya dırmaşan dəhşətli məxluq – Foto/video

  • Maraqlı
  • 26 İyul 2014 10:24
  • 1 314 Baxış
Doqquzmərtəbəli binaya dırmaşan dəhşətli məxluq – Foto/video

“YouTube” sosial şəbəkəsindəki station922.mkv faylı cəmi 45 saniyəni əhatə edir.

Videosüjet telefonun kamerası ilə çəkilib.

Süjetdə hündürmərtəbəli binanın pəncərəsindən qarşıdakı binanın mənzərəsi sezilir. Hava qaralıb, yalnız binanın giriş qapılarında zəif işıqlar yanır.

Birdən qarşıdakı binanın divarlarında dəhşətli məxluq görünür. Məxluq ucaboylu insanı xatırladır. Ancaq əlləri və ayaqları həddən artıq uzundur. Səssizcə uzun əlləri ilə binaya dırmaşır, bir pəncərədən o birinə boylanır. Ayaqları və əlləri gah uzanır, gah gödəlir. Videonu çəkən şəxs heyrətdən qışqırır.

Süjetin 0:32-0:34-cü dəqiqələrində həvəskar müəllif “fikir verin-məxluqun artıq 7 əl-ayağı var” deyir.

Sonra məxluq divardan yerə düşür (0:37-0:38-ci dəqiqə) və adi, arıq, lakin çox hündür (təxminən 2 metr) insan görkəmi alaraq uzaqlaşır.

Bu fayl çıxandan sonra xüsusi araşdırma qrupu çəkilişin aparıldığı yeri tapıb. Bu haqda informasiyalar çox məhduddur və gizli saxlanır. Bircə bu məlumdur ki, bu, Moskvanın ətraf rayonlarından biridir.

Araşdırmalar zamanı məlum olub ki, son 40 ildə bu rayonda 9 adam evindən qəfil yoxa çıxıb. Onlardan ən sonuncusu isə bu çarx çəkilən günü itkin düşüb.

Həmçinin o da məlum olub ki, videoda heç bir texnikadan, montajdan istifadə olunmayıb.Yəni, video saxta deyil. Hələlik, ekspertlər bu məxluqa “Buratino” adı veriblər.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR