• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Ailə ömrü uzadır” – Sanka Zverin kəlamları

  • Maraqlı
  • 25 İyul 2014 18:35
  • 1 339 Baxış
“Ailə ömrü uzadır” – Sanka Zverin kəlamları

1937.az “Sanka Zver” adıyla tanınan və Bakı oğrularının xaç atası hesab edilən, “qanuni oğru” kimi qəbul olunan Cabir Qasımovun kəlamlarını təqdim edir.

Əsl oğru taxta qapı sındırmaz, dəmir qapı açar ki, içəridə xəzinə tapsın.


Öldürməyə tələsməyin. Ancaq başqa yol yoxdursa, elə vurun ki, düşmən əzab çəkmədən can versin.


Oğurluq peşə deyil, ehtirasdır.

Düz yolda olmasanız belə, həmişə Tanrıya inanın. Ata-ananızdan imtina edin, ancaq Allahı danmayın.

Lotu öz evinin sahibi olan kəsdir.

Uşaqları “xoxan”la qorxutmayın, fəsad yaranacaq. Oğlan uşaqlarını isə heç vaxt döyməyin. Onların nifrəti ölmür, get-gedə böyüyür.

Ən böyük sirlərimi uşaqlara deyirəm. Çünki anlamayacaqlar və bir kimsəyə söyləmədən unudacaqlar.

Qaragüruhçu mollalara, din xadimlərinə güzəşt etməyin. Onlar İslamın düşmənləri olub, Allahı ancaq cəza verən kimi təsvir, təbliğ edirlər.

Sənətçilərə, ziyalılara sataşmayın.

Kaş Tolstoy kimi kişi ömrü, kəndli həyatı yaşayıb, onun kimi düşünmək qabiliyyətinə sahib olaydım.

Darvin nəzəriyyəsi heç nədir. Kommunistlər şişirdə-şişirdə bu ideyanı yaşatmaq istəyirlər.

Torpaq da doğmanı yaddan seçə bilir. Torpağa diz çökün, yurd qədrini bilin.

Mən həmişə ruhən kəndli olmuşam, başkəsən yox.

Məni oğurluğa öyrədən aclıq və repressiya oldu.

Sizə şübhə ilə yanaşanları yerindəcə inandırın, yoxsa zərbə alacaqsınız.

Hər mübarizə qol gücünə həll edilməz. Dilinizi haqqınızın açarına çevirin.

Qazamatda şeirlər yazırdım, ancaq heç kimə oxumurdum. Çünki şeirlərim qaçıb azadlığa çıxanda, mən qalırdım içəridə.


Ailəsiz yaşamaq olmaz. Ailə ömrü uzadır.

Qadınlara, uşaqlara edilən təcavüz heç bir qanunla bağışlanmaz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR