Bilgi.az
Ər barədə mühüm suallar - 18+
1. Sizcə əriniz öz problemini
həll etməyə hazırdırmı?
Əgər hazırdırsa o zaman uğur gözləməyə dəyər. Bəlkədə o sizin
dediklərinizi ciddiyə almayaraq hər şeyin qaydasında olduğunu
deyəcək. Kişi sözü elə çevirə bilər ki, guya ortada heçnə yoxdu siz
boş yerə deyinirsiz. Əgər belədirsə, o zaman sağlam seksual həyata
qayıtmaq ehtimalı azalır çünki tək əldən səs çıxmaz.
2. Siz həqiqətən niyə seks
istəmədiyini öyrənməyə hazırsınızmı?
Necə deyərlər ac qulağım-dinc qulağım. Sizin eşidəcəyiniz etiraf
həyatınızı kökündən dəyişə sizin münasibətlərinizə son qoya bilər,
ailənizi dağıda bilər! Siz buna hazırsınız? Olsun ki, o, başqa
qadınla ya da Allah eləməmiş kişi ilə görüşür. Olsun ki, sizdən
bezdiyi üçün təkcə sizinlə seks istəmir, amma başqası ilə heç bir
problemi yoxdur. Olsun ki, elə bir səbəb varki, sizin heç ağlınıza
da gəlmir... Öyrənəcəyiniz xəbər sizi sarsıda bilər. Amma istənilən
halda, aranızda gizlin qalmayacaq!
3. Bəlkə ərinizin seks
istəməməsi sizin ürəyinizcədir?
Əslində bizim seks istəyimiz ictimai rəydən çox asılı ola bilər.
Məsələn bütün seriallarda-seks, qəzetlərdə, internet
saytlarında-seks, mə.hur insanların həyatında-seks. Biz də
düşünürük ki, bizim həyatımızda da seks OLMALIDIR!
Əgər bütün bunların sizə dəxli varsa, o zaman ictimai rəydən
aslılığa son qoyun və fikirləşin ki, sizin həyat yoldaşınızın seks
istəməməyində nə qədər çox müsbət məqam var! Özünüzü canalan xanım
kimi aparmağa, intim təmizliyə xüsusi diqqət yetirməyə, seksual
amma narahat alt paltarı geyinməyə ehtiyac yoxdur.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK