Məşhur milyonerlər harada yaşayır?
Bizi izləyin

Bilgi.az

Məşhur milyonerlər harada yaşayır?

Beynəlxalq “ Wealthinsght” analitik portalı dünyanın məşhur milyonerlərinin daha çox yaşadıqları 20 şəhərin siyahısını tərtib edib.

Publika.az-ın məlumatına görə, siyahıda əsasən daşınmaz əmlakları deyil, bank hesablarında yalnız xalis milyonları olan şəxslər yer alıblar.
Siyahıya Monako şəhəri başçılıq edir. Dünya milyonerlərinin 29,21 faizi məhz bu şəhərdə yaşayır.

İkinci yerdə 27,34 faizlə İsveçrənin Sürix şəhəri yer alıb. Bu ölkənin daha bir şəhəri - Cenevrə 17,92 faizlə üçüncü yerdədir. Sonrakı yerlərdə Nyu York (4,63 faiz), Frankfurt (3,88), London (3,39), Oslo (2,90), Sinqapur (2,80), Amsterdam (2,67), Florensiya (2,59), Hong Kong (2,58), Roma (2,54), Dublin (2,40), Doha (2,34), Toronto (2,29), Venesiya (2,25), Brüssel (2,11), Hyuston (2,9), San-Fransisko (2,7) və Paris (2,4) qərarlaşır.

Siyahıdan göründüyü kimi dünyanın məşhur milyonerlərinin əksəriyyəti Avropa şəhərlərində məskunlaşıblar. Buna səbəb, həmin şəhərlərin ətraf mühitinin yaşamaq üçün daha əlverişli olması göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm