• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yay qarderobunda nələr olmalıdır?

  • Maraqlı
  • 28 İyul 2014 09:00
  • 375 Baxış
Yay qarderobunda nələr olmalıdır?

Hər mövsüm dəyişəndə xanımlar eyni sual üzərində baş sındırır. Qarderobumuz dolub-daşsa da geyinməyə heç nə tapmırıq. Dəbin yenilikləri bizi köhnələrlə qane olmağa qoymur. Yeni mövsümün dəbi onu köhnə ilə uyğunlaşdırmağa icazə vermir. Tabloid.az yayın əsas dəbini təşkil edən geyimlərin siyasını araşdırıb. Modanı izləyənlər üçün ideal seçimlər var...

Metal rəngli detallar: Metal və gümüşü tonlar artıq gündəlik geyimlərə də köçürülüb. Sadəcə, daha yumşaq tonları seçmək lazımdır. Məsələn, bu qırçınlı ətək gündəlik stil üçün çox rahatdır. Onu diqqət çəkməyən köynəklə uyğunlaşdırıb gündəlik istifadə edə bilərsiniz. Daha fərqli köynəklə gecə tədbirlərinə də geyinə bilərsiniz.

Şəffaf geyimlər: Şəffaf geyim dəbi öz hakimiyyətini bu yayda da davam etdirir. Bu tərzi seçmisinizsə, aşırıya qaçmayın. Ancaq bir detal, dekolte isə olmaz! Məsələn, bu tünd köynəyi istənilən sadə şalvarla birləşdirə bilərsiniz.

Kombinezon: Sadə ya şəkilli olmasının fərqi yoxdur. İki ayrı geyimi bir-birinə uyğunlaşdırmaq fantaziya tələb edir. Buna baxmayaraq, təkcə kombinezon geyinmək çox dəbdədir. Eleqant görünmək istəyirsinizsə, ona uyğun aksessuarlar seçin. Məsələn, yumşaq rəngli kombinezonu istənilən ayaqqabı ilə uyğunlaşdırmaq olar.

Ağ rəngin məsumluğu: Bu rəng yayın əsas rəngi olaraq qalır. Bədən quruluşunuza güvənirsinizsə, başdan ayağa ağ geyinin. Əgər bədən qruluşunuz bütünlüklə ağ geyinməyə icazə vermirsə, bir neçə detalı ağ rəngdə seçmək imkanınız var. Balağı qatlanmış şalvarlar və kaprilər dəbdədir. Bu şalvar ağ rəngdə olarsa, daha gözəl görünər.

Əlvan rənglər: Əslində, bu rənglərdə geyinməyə cəsarət edənlərin sayı çox azdır. Amma bu ilin dəbi daha yumşaq rəngləri diktə etdiyi üçün o qədər də diqqət çəkmir. Əlvan rəngləri neytral rənglərlə uyğunlaşdırmağı unutmayın. Məsələn, klassik, əlvan rəngli ətəyi cins köynəklə birləşdirmək olar.

Güllü idman ayaqqabıları: Bu mövsüm çiçək təsvirləri hər yerdə öz sözünü deyir. Çiçək təsvirləri, hətta idman ayaqqabılarına qədər gəlib çıxıb. Təkrəng don şalvar və şortlarla mükəmməl görünür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR