Nişanlılar 42 il sonra evləndilər – Fotolar
Bizi izləyin

Bilgi.az

Nişanlılar 42 il sonra evləndilər – Fotolar

Böyük Britaniyadan olan Devid Barker və Dafni Torp 42 il nişanlı qaldıqdan sonra, nəhayət ki, ailə həyatı qurublar. Onlar 1972-ci ildə rəqs zamanı tanış olduqdan 4 həftə sonra nişanlanıblar. Lakin cütlük evlilik həyatına qədəm qoymaq istəməyib.

Dafni keçən il infarkt keçirdikdən sonra cütlük evliliyi tezləşdirmək qərarına gəlib. Artıq onların nişan üzükləri də barmaqlarına kiçik gəlib. Bununla belə, təqaüdçü sevgililər ailə həyatı qurublar.

Dafni deyib: “Artıq gənc olmadığımı birdən dərk etdim. Anladım ki, daha 40 il ömür sürə bilməyəcəm. Ona görə də “gəl indi evlənək” fikri ilə razılaşmalı oldum”.

Toy Dafninin 82-ci ad gününə təsadüf edib. Dafninin əvvəlki evliliyindən 2 övladı var. Elə toyu da qızı Süzan və oğlu Donald tərəfindən təşkil olunub. Toyda 30-a yaxın qonaq iştirak edib. Qeyd edək ki, bəyin 71 yaşı var.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm