• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mobil telefon həyatını xilas etdi – FOTOLAR

  • Maraqlı
  • 30 İyul 2014 12:19
  • 487 Baxış
Mobil telefon həyatını xilas etdi – FOTOLAR

Çin Xalq Respublikasında adi telefon öz sahibinin həyatını xilas edib.

Qırx yeddi yaşlı Xan Pen Tayvanın Sindju şəhərindəki karaoke-kafelərin birində yeyib-içirmiş.

Onun dostlarından biri barmenin stoluna yaxınlaşanda pulqabı tapıb. O, pulqabını dostlarına göstərərək zarafatla deyib ki, bugünkü qonaqlığın hesabı onluqdu. Amma bu zarafat pul kisəsini itirən digər müştərinin – Su Şenin xoşuna gəlməyib. Onların arasında dava düşüb.

Xan Pen dava edənləri ayırmağa çalışarkən pul kisəsini itirən şəxs tapançadan atəş açıb. Xoşbəxtlikdən, güllə Xan Penin cibində, ürəyinin üstündə gəzdirdiyi mobil telefona dəyib. Əks halda, onun sağ qalması qeyri-mümkün olacaqdı.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR