Castin Biberi qız üstündə döydülər – Video
Bizi izləyin

Bilgi.az

Castin Biberi qız üstündə döydülər – Video

Yeniyetmələrin sevimlisi olan kanadalı Castin Biber və aktyor Orlando Blum İbizanın “Cipriani” restoranında dalaşıblar.

Publika.az xarici mətbuatdan aldığı məlumata əsasən, 37 yaşlı aktyor 20 yaşlı ifaçısını vurub. Mübahisədən çəkilmiş video Biberin döyülmə anını qeydə almasa da, sonradan dostların onları ayırdığı kadrlar lentə alınıb.

Şahidlərin sözlərinə görə, əvvəlcə Orlando və Castin arasında söyüş atəşi başlayıb və bundan sonra aktyor Castini vurmalı olub. Ehtimal olunur ki, davaya səbəb 2012-ci ildə Castinin aktyorun qanuni arvadı olan Miranda Kerrlə isti münasibət yaratması olub.

Maraqlısı budur ki, davadan dərhal sonra Castin “Instagram” sosial şəbəkəsində baş vermiş hadisəyə hər hansı şərh bildirmək əvəzinə, top model Miranda Kerrin fotosunu yerləşdirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm