• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Seksual həkim qadının qapısında növbədir – Fotolar

  • Maraqlı
  • 30 İyul 2014 16:15
  • 1 548 Baxış
Seksual həkim qadının qapısında növbədir – Fotolar

Serbiyanın gələcək kardioloq-həkimi bikini üzrə keçirilmiş beynəlxalq müsabiqədə qalib gəldikdən sonra bir çox kişilərin ürək döyüntüsünü artırıb.

23 yaşlı Maya Pavloviç tələbədir və universiteti bitirdikdən sonra kardioloq olmaq arzusundadır. Maya İspaniyada keçirilən fitnes müsabiqədə iştirak edib və qızıl medala sahib çıxıb.

Gözəllik yarışında özünü sınayan Maya azmış kimi həm də ölkənin hakim partiyası olan Sosialist partiyasının fəal üzvüdür. O, Serbiyanın cənubunda yerləşən doğma şəhəri Çaçak üzrə məsləhətçi seçilib. Mayanın dediklərinə görə, o, həkimlik karyerası ilə yanaşı, siyasi işlərdən də geri qalmayacaq.

Hazırda Maya təhsilinin sonuncu kursunu bitirmək üzrədir. Bundan sonra o, yerli xəstəxanaların birində işə düzəlmək niyyətindədir.

Serb qəzetlərindən biri yazıb: “Maya hələlik kiçik həkimdir, serb kişiləri qəsdən ürək xəstəlikləri keçirtməklə onun qəbuluna düşməyə can atırlar”.

Maya həkim sənətini çox sevsə də, oktyabrın 17-20-də Kanadada keçiriləcək fitnes müsabiqənin finalında iştirak etməklə planetin ən gözəl qadını adını almaq üzrə mübarizə aparacaq.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR