Şüşə divarlardan otel ayaqyolusu – Fotolar
Bizi izləyin

Bilgi.az

Şüşə divarlardan otel ayaqyolusu – Fotolar

Almaniyanın paytaxtı Berlin şəhərində yeni ucaldılmış otel sözün əsl mənasında yoldan keçənləri yolundan edib.

Belə ki, “Bikini Hotel” mehmanxanasının restoranının ayaqyolusu başdan-başa şüşədən ibarətdir. Bu isə o deməkdir ki, yoldan keçən insan ayaq saxlayıb diqqətlə baxsa, ayaqyolunun xidmətindən istifadə edən insanların nə ilə məşğul olduğunu görə bilər.

Yoldan keçən insanların gözlərinin şüşəyə zillənməsini sezən otel rəhbərliyi belə bir elan vurmalı olub: “Zəhmət olmasa, ehtiyatlı olun, təkcə meymunlar baxmır”.

Qeyd olunur ki, “Bikini Hotel” şəhər zooparkının yaxınlığında tikilib. Otel rəhbərliyi bununla da təbiət və mədəniyyət arasında ziddiyyət yaratmaq istəyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm