89 yaşlı tibb bacısı yarışın qalibi oldu – FOTO
Bizi izləyin

Bilgi.az

89 yaşlı tibb bacısı yarışın qalibi oldu – FOTO

Təqaüdə çıxmış 89 yaşlı Edna Farel ABŞ-da keçirilən “Miss Tibb Bacısı” adına layiq görülüb.

Qocalar evində çalışan təqaüdçü tibb bacıları arasında keçirilən müsabiqədə ABŞ-ın müxtəlif ştatlarından olan 52-95 yaşlı 58 qadın iştirak edib.

Namizədlərin daha çox həyata münasibəti, sayıqlığı, şəxsi keyfiyyətləri, qocalar evində yaşayan insanlara xidmət qabiliyyəti və s. xüsusiyyətlər qiymətləndirilib.

Müsabiqənin qalibi olan Ednanın sözlərinə görə, o, birinci yerə çıxacağını gözləmirmiş. Qırx il evlilikdən sonra o, ərini itirib və yeganə oğlu ilə yaşayıb. Bundan sonra o, qocalar evində işə düzəlməklə insanlara yardım edib və onların həyat eşqinin yaranmasına yardımçı olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm