Əsgər qadın model oldu – Fotolar
Bizi izləyin

Bilgi.az

Əsgər qadın model oldu – Fotolar

İki uşaq anası olan 23 yaşlı Corciya Dileney həm də keçmişdə hərbçi olub. Onun ən böyük arzusu isə hərbçi qızların da gözəllik yarışında iştirak edə biləcəyini sübut etməkdir. Corciya hər zaman modellik etmək arzusunda olub, lakin anasının təkidi ilə hərbi sahəni seçib.

O deyib: “Çox vaxt insanlar səhvən hərbçi qadınların xanımlıqdan məhrum olduğunu düşünürlər. Lakin mən onlara sübut etmək istəyirəm ki, bu heç də belə deyil”.

Corciya 2010-cu ildə orduya qoşulub, lakin 2013-cü ildə tərxis edilməli olub. Tərxis olunmasının səbəbi isə ondan ibarətdir ki, soyuq hava nəticəsində barmaqlarında keyləşmə yaranıb və silahla nişanı düz ala bilməyib.


İndi isə Corciya sərt əsgər, tələbkar ana və seksual qadın olduğunu sübut etmək niyyətinə düşüb.

“Miss İngiltərə” müsabiqəsində uşaqlı analar və evli qadınların gözəllik yarışına qoşulmasına birmənalı yanaşılmır, bununla belə, bir çoxları Corciyanın qalib gələcəyinə inanırlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm