• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ayı Qubada arılara hücum etdi - Foto

  • Maraqlı
  • 4 Avqust 2014 04:11
  • 563 Baxış
Ayı Qubada arılara hücum etdi - Foto

Quba rayonunda fermer Əziz Ələkbərova məxsus şəxsi təsərrüfat ayı hücumuna məruz qalıb.

Hadisə avqustun 2-dən 3-nə keçən gecə Quba – Xınalıq yolunun 52-ci kilometrliyindəki Cek kəndində baş verib. Əziz Ələkbərovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ayı təsərrüfatın fəaliyyət göstərdiyi sahəyə girərək burda olan arı pətəklərini məhv edib.

Təsərrüfatın əməkdaşı Zəfər Əzizov isə hadisənin baş verdiyi gecə həyətdə hənirti eşitdiyini, amma ayıdan çəkinərək bayıra çıxmadığını deyib.

Ayının təsərrüfata vurduğu ziyan isə ertəsi gün məlum olub. Belə ki, təsərrüfatın həyətinə girən ayı burda arı pətəklərini dağıdıb, 20-yə yaxın arı ailəsini məhv edib və 4-5 kq balı yeyərək ümumilikdə təsərüfata təxminən 500 manata yaxın ziyan vurub.

Şəxsən belə bir ayı hücumuna məruz qalmadığını deyən təsərüfat rəhbəri Əziz Ələkbərov hücum edən heyvanın ayı olduğundan əmin olduğunu bildirib. Ə. Ələkbərov fikirlərini, vəhşi heyvanlar arasında sadəcə ayının bal sevməsi ilə əsaslandırıb.








Xəbər lenti

DAHA ÇOX XƏBƏR