• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezidentə "oxşadığına görə" aktyor 8 il işsiz qalıb

  • Maraqlı
  • 30 Yanvar 2014 16:26
  • 769 Baxış
Prezidentə  "oxşadığına görə" aktyor 8 il işsiz qalıb

Tanınmış iranlı aktyor deyib ki, keçmiş Prezident Mahmud Əhmədinejada oxşadığına görə səkkiz il ərzində ona fəaliyyət göstərmək qadağan olub.Publika.Az xəbər veri ki, Mahmud Basiri bunu yerli ISNA xəbər agentliyinə verdiyi müsahibədə deyib.

O deyib ki, Əhmədinejad rolunu keçmiş prezidentin razılığını almadan oynamayacaq.Uzun illərdir ki, fəaliyyət göstərən 66 yaşlı aktyor İran televiziyasındakı komik rollarına görə məhşurdur.Prezidentdən demək olar ki, 10 yaş böyük olan cənab Basiri deyib ki, qadağa haqqında vəkillərdən zəng alandan sonra öyrənib. Vəkillər onun daha aktyorluqla məşğul ola bilməyəcəyindən xəbərdar olub-olmadıdını soruşublarmış.

Bu, Əhmədinejadın qalib gəldiyi 2005-ci il prezident seçkilərindən sonra olub."Əvvəllər buna gülürdüm və inanmırdım, amma get-gedə şaiyələr reallığa döndü", Basiri deyib.O bir neçə aktyordan başqa heç kəsin onun probleminə əhəmiyyət verməməsindən şikayətlənib.

Barisinin sözlərinə görə, qadağadan sonra hətta təkrar olunan verilişlərindən də onun şəkli çıxarılmışdı.O deyib ki, heç kimlə problemi yoxdur və fərdi şəxslərə lağ edən rollara tamamilə qarşıdır.Mahmud Basiri "prezident seçkiləri ilə əlaqəli layihə" adlandırdığı filmdə çəkilməkdən imtina edib.

Bu filmin prodüserləri demişdilər ki, ona Əhmədinejadın məhşur ağ pencəyinə bənzər bir pencək almaq istəyirlər."Dərhal ayağa durub dedim: "Çox sağ olun, heç çayınızı içmək də istəmirəm". Və iclası tərk etdim", o deyib.Prezident Əhmədinejadın tez-tez geyindiyi ağ pencəyi bir çox iranlı və media tərəfindən lağa qoyulurdu.

"Mehr" xəbər agentliyinin məlumatına görə pencək üç il əvvəl auksionda 540m riala (təxminən 17 000 AZN) satılmışdı.Amma Basiri deyib ki, keçmiş prezident rolunda olmağı istisna etmir."Bir gün cənab Əhmədinejad mənə icazə versə, mən bunu edərəm", o deyib.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR