İnterpolu qarışdıran şəkillər
Bizi izləyin

Bilgi.az

İnterpolu qarışdıran şəkillər

İnterpolu qarışdıran şəkillər

Avstriyada yaşyan sənətkar Sigrid Flekseder ortağı Kristian Tomas ilə birlikdə “Ölümün 4 mövsümü” adlı bir layihəyə imza atıb.

Layihə üçün özünü relslərə ataraq ölü görüntüsü yaradan Flekseder ortağı ilə birlikdə çəkdiyi şəkilləri çıxartdırmaq üçün fotoqrafa göndərib.

Şəkilləri çıxardan fotoqraflar gördükləri mənzərədən sonra Almaniyadakı mərkəzlərə xəbər veriblər. Şəkilləri araşdıran mərkəz işçiləri isə vəziyyəti Interpola bildirib.

“Cinayət”i araşdıran detektivlər şəkillərin göndərildiyi ünvana gedərək dəlil toplamağa başlayıb. Lakin həmin an Fleksederi qarşılarında görüblər və məsələ aydın olub. Flekseder mövzuyla bağlı bunları deyib:

“Kimin daha çox çaşdığını bilmirəm. Qarşımda İnterpolu görən mən? Yoxsa yaşayan bir cəsədlə qarşılaşan onlar?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm