İşıldayan dondurma – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İşıldayan dondurma – FOTOLAR

İşıldayan dondurma bir çoxlarımıza maraqlı görünə bilər. Bunu nəzərə alan dondurma şirkətlərindən biri fosfor kimi qaranlıqda parlayan dondurmanın hazırlanmasını boynuna götürüb.

Dünyanın ilk “parlaq” dondurması Böyük Britaniyanın Lester şəhərində yerləşən “Vue Cinema” kinoteatrında “Dünyanın sonu” (The World’s End) filminin izləyicilərinə təqdim olunub. Fantastik film izləyiciləri qaranlıqda parıldayan dondurmadan heyrətə gəliblər.

Yeni dondurma növü “Bompas and Parr” qida dizaynerləri tərəfindən hazırlanıb. Şirniyyata riboflavin qatıblar. Ultrabənövşəyi işıq altında parıldayan dondurma adi nanəli “Cornetto”dan (konusabənzər dondurma) hazırlanıb.

Şirkətin bildirdiyinə görə, dünyada ilk parıldayan dondurma sayəsində qaranlıqda insanlar nə yediklərini görəcəklər və dondurmanın əriyərək əlləri bulaşdırmasının qarşısı alınacaq.

Kinoteatrda diqqəti yayındırdığı üçün mobil telefonların istifadəsi qadağan olunub. Amma şirkət rəhbərliyi bu tipli dondurmanın diqqəti kinodan yayındırmayacağına əmin edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm