Turistlər dağ çayının sularına qərq oldular
Bizi izləyin

Bilgi.az

Turistlər dağ çayının sularına qərq oldular

Buryatiyanın Kabansk rayonunda iki faciə baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, turist qrupunu daşıyan katamaran Sneynaya çayında çevrilib.

Katamaranda olan dörd turistdən üçünü axın aparıb. Bir nəfər xilas edilib.

Elə həmin ərazinin yaxınlığında İrkutskdan olan 6 nəfərlik qrup çayı asma körpü vasitəsilə keçmək istəyib. Lakin asma körpü qırılıb və turistlər çaya düşüb.

Onlardan 4 nəfəri dağ çayının sahilinə çıxaraq xilas olub. İki turist qızı isə axın aparıb.

Hazırda itkin düşənlərin axtarışı davam edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm