Qızıldan köynək geydi – Şəhərin canına düşdü... – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qızıldan köynək geydi – Şəhərin canına düşdü... – FOTOLAR

Milyarderlər arasında ədabazlar çoxdur. Ərəb şeyxləri fərqlənmək üçün brilyantlarla bəzədilmiş avtomobillər sifarış edir, saraylarında bədheybət, lakin əhliləşdirilmiş vəhşi heyvanlar saxlayırlar.

Avropalı varlılar şərqlilərə nisbətən daha sadədirlər. Var-dövlətlərini nümayış etdirməyə o qədər də meyilli olmurlar. Hindistanda isə bir milyarder ərəb şeyxlərini belə ötüb keçməkdə israrlıdır.

Hindli biznesmen Pankay Parax öz ad günündə, 45 illik yubileyində qızıldan köynək sifariş verib. Köynək nə az, nə çox - düz 4 kiloqram xalis qızıldandır və 211 min dollara başa gəlib.

Pankay mətbuata bildirib ki, köynəyi “forslanmaq” üçün sifariş etməyib. Sadəcə, Ginnesin Rekordlar Kitabına düşmək niyyətindədir.

İşin bir o tərəfi pisdir ki, Pankay bu köynəyi geyib şəhərə çıxanda təhlükəsizlik səbəbindən özü ilə xeyli mühafizəçi götürməli olur.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm