Məşhurların ən qalmaqallı seks videoları – Fotolar
Bizi izləyin

Bilgi.az

Məşhurların ən qalmaqallı seks videoları – Fotolar

Məşhurların ən qalmaqallı seks videoları – Fotolar

Məşhur insanların seks videoları hər zaman maraq doğurub. Bu tipli videolar qalmaqal yaratmaqla yanaşı, həmçinin ən çox baxılan videolar kateqoriyasına da daxildir. Tanınmış insanların seks videoları həm də gəlir gətirən biznes növüdür.

Məşhurların seks görüntüləri internetdə ən çox baxılan video hesab edilsə də, hər zaman bu tipli suallar ortaya çıxır: bu, həqiqətənmi odur? Onun tərəf müqabili kimdir? Bu videonu kim və nə üçün yayıb? Onun əynindəki nədir?

Bəzən seks videoları məşhurların karyerasına müsbət təsir edir (məsələn, Kim Kardaşyan və Paris Hilton), bəzən isə onların həyatlarını məhv edir (məsələn, Samuel Pouers)

Publika.az xarici mətbuatda hər zaman müzakirə edilən ən qalmaqallı 11 seks videosu barədə məlumatları təqdim edir.

  1. Böyük Britaniya televiziyasının aparıcısı Tulisa və bir dicey müğənninin qalmaqallı videosu internetə sızıb. Videonu Tulisanın keçmiş sevgilisi Castin çəkib və qadın, Castini onun xəbəri olmadan videonu internetdə yerləşdirməkdə ittiham edib.
  2. Ən uğurlu seks videolarından biri Paris Hilton və Rik Salomona aiddir. 2004-cü ildə çəkilmiş video Parisin şöhrətini daha da artırdı.
  3. Kim Kardaşyan və keçmiş sevgilisi Rey Cinin 2007-ci ildə çəkildiyi seks videosu Kardaşyanı qəfil məşhurluğa doğru apardı. 39 dəqiqəlik video Kardaşyanı məşhurlaşdırmaqla yanaşı, ona 4 milyon dollar da qazandırdı.
  4. Pamela Andersonun seks videosu keçmiş əri Tommi Li ilə 1995-ci ildə bal ayında çəkilib. Ev şəraitində çəkilmiş video oğurlandıqdan sonra internetdə paylaşılıb. Pamela seks videosu internetə sızan ilk məşhurlardan biridir.
  5. 1990-cı illərdə ABŞ televiziyasında yayımlanan “Saved By The Bell” uşaq verilişindən tanınan Samuel Pouersin 2007-ci ildə naməlum iki qızla sekslə məşğul olduğu video indiyədək dillərdən düşmür. Videoda bir neçə vulqar sözdən də istifadə edilib.
  6. Striptiz rəqqası kimi tanınan Kiran Heyler isə keçmiş sevgilsi Deyn Bouers ilə 1999-cu ildə çəkilmiş seks videosunu ictimaiyyətlə paylaşıb.
  7. Cırtdan boylu aktyor hesab edilən Vern Troyer 2008-ci ildə keçmiş sevgilisini onların birgə çəkilmiş 50 dəqiqəlik seks videosunu yayımladığı üçün məhkəməyə verib. Onun sevgilisi Rene deyib: “Vernenin boyu balaca olduğu üçün yataqda əlindən gələni edib”.
  8. İngilis aktrisası Abi Titmus 2000-ci ildə keçmiş sevgilisi və naməlum qadınla çəkilmiş qrup seks videosu 2005-ci ildə internetdə yayımlandı. 16 dəqiqəlik video mətbuatın gündəmindən düşmürdü.
  9. “Limp Bizkit” qrupunun vokalçısı Fred Dörst 2005-ci ildə naməlum qadınla çəkilmiş seks videosuna görə gündəmə gəldi.
  10. 2003-cü ildə aktyor Kolin Farel keçmiş sevgilisini seks videosunu internetdə yayımladığı üçün məhkəməyə verib. Aktyorun eks sevgilisi “Playboy” modeli Nikol Narayn pul qazanmaq üçün videonu ictimaiyyətə təqdim edib.
  11. Aktyor Halk Hoqanın ən yaxın dostunun keçmiş arvadı Hizer Klemlə çəkilmiş seks videosu internetə sızıb. Maraqlısı budur ki, o zaman evli olan Hizerin əri Halka arvadı ilə yatmağa icazə verib və bunu videoya çəkərək yayımlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm