Nurçular Ərdoğana səs verəcək
Bizi izləyin

Bilgi.az

Nurçular Ərdoğana səs verəcək

Nurçu tələbələr prezident seçkisində “Ərdoğana səs verəcəyik” deyib.

Publika.az “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, Türkiyədəki prezident seçkisinin başlamasına bir neçə saat qalıb. Bir çox dini təriqətlər səs verəcəkləri namizədlərin adlarını açıqlayıb.

Dünən ələvilər Ekmeleddin İhsanoğluya səs verəcəklərini bildiriblər. Bu gün isə Səid Nursinin tələbələri “Səid Nursi dəyərləri CHP-nin namizədinə səs verməyimizə icazə verməz, səsimiz Ərdoğanadır” deyə bəyan ediblər.

Xatırladaq ki, 17 dekabr əməliyyatlarından sonra Türkiyədəki dini təriqətlərdən ən çox nurçuların fikri ictimaiyyətə maraqlı olub. Çünki nurçuların ən böyük liderləri Fətullah Gülənin, yoxsa Ərdoğanın tərəfində olmaları ciddi müzakirə mövzusu olub. 30 mart bələdiyyə seçkisində heç bir açıqlama verməyən nurçular, nəhayət, 10 avqust Prezident seçkisi ilə bağlı seçimlərini açıqlayaraq, müzakirələrə son qoyublar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm