Məşhur kəşfiyyatçının maraqlı sərgüzəştləri
Bizi izləyin

Bilgi.az

Məşhur kəşfiyyatçının maraqlı sərgüzəştləri

Aqata Kristinin xəfiyyə Erkül Puaro haqqında əvvəllər heç vaxt nəşr olunmamış hekayətləri 2014-cü il sentyabrın əvvəllərində “Eksmo”da nəşr ediləcək.

Axar.az nu haqda “Eksmo” nəşriyyatının ədəbi redaktoru Yevgeni Solovyovun “Lente.ru”ya verdiyi məlumata istinadən xəbər verir.

Nəşriyyatda həmçinin qeyd ediblər ki, əvvəllər Aqata Kristi fondu Puaro, Miss Marpl və digər qəhrəmanlar haqqında seriyanın davametmə imkanlarına dair tender keçirmişdi. Tenderi ingilis yazıçı-şairi Sofi Hanna qazanıb. Onun Puaro haqqındakı ilk kitabı artıq başa çatıb və Rusiyada nəşri gözlənilir. Hər iki əsər – Aqata Kristi və Sofi Hanna – sentyabrın sonunda eyni bir hədiyyə bağlamasında satışa çıxarılacaq.

Aqata Kristi 60-dan çox detektiv, altı psixoloji roman və 19 hekayələr toplusu nəşr etdirib. Erkül Puaro haqqında ilk roman 1920-ci ildə “Staylzda müəmmalı hadisə” adı ilə çıxıb. Ardınca bu persenajın iştirak etdiyi bütöv bir silsilə romanlar bir-birini izləməyə başladı. Beləliklə, belçikalı xəfiyyə ümumilikdə 33 roman, 54 hekayə və bir pyesin qəhrəmanı kimi dünya ədəbiyyatında ən məşhur detektiv qəhrəmanına çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm