Jurnalist nazirin telefonunu oğurladı
Bizi izləyin

Bilgi.az

Jurnalist nazirin telefonunu oğurladı

Mərakeşli jurnalist qadın Bəhreynin mədəniyyət nazirinə məxsus telefonu oğurlayıb. Dövlət məmuru KİV nümayəndələri ilə danışarkən qadın, nazirin telefonunu ələ keçirib.

Bəhreynin mədəniyyət naziri Şeyxa Mai bint Məhəmməd Əl Xəlifə Mərakeşin Tanjer şəhərinə səfər edib. Jurnalistlərə müsahibə verən nazir telefonunun yoxa çıxdığını görərək polisə müraciət edib.

İntizam keşikçiləri müşahidə kamerasının yazılarına baxmalı olublar. Videolentdə nazirin telefonunun əvvəlcə stolun üstündə olduğu görünüb. Sonra jurnalistlərdən biri ayağa qalxaraq gizlincə telefonu çantasına qoyub.

Şübhəli bilinən şəxs öz evindəcə həbs edilib. Qadın telefonu oğurladığını etiraf edərək onu geri qaytarmalı olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm