Yaşlı qadının alt paltarından pul tapıldı
Bizi izləyin

Bilgi.az

Yaşlı qadının alt paltarından pul tapıldı

ABŞ-ın Florida ştatından olan yaşlı bir qadın alt paltarında və pul kisəsində tikdiyi məxfi cibində gizlədilmiş pulları Filippinə keçirməyə çalışıb. Hüquq-mühafizə orqanları Detroit Metropolitan hava limanında qurşağında 21 min dollar keçirtməyə çalışan 78 yaşlı Viktoria Fareni saxlayıb.

Hadisə bu ilin aprelində baş versə də, məhkəmə bu haqda xəbəri cümə günü ictimaiyyətə təqdim edib. Qadının 48 yaşlı qızı Çerrin Faren isə nağd formada olan 41 min dollar əskinası özü ilə keçirməyə cəhd edib.

Viktoriya hava limanında gömrük-nəzarət məntəqəsindən keçərkən yoxlama zamanı büstqalter və alt paltarında külli miqdarda pul gizləməsi aşkar edilib. Qadın isə bu pulları evinin satışından əldə etdiyini və Filippinə nağd şəkildə aparmaq istədiyini bildirib.

Qeyd edək ki, ABŞ qanunlarına əsasən, 10 min dollardan çox olmaq şərti ilə ölkəyə daxil olan və ya çıxan pullar əvvəlcə ABŞ gömrüyündə qeydiyyata düşməlidir. Əks halda, mülki və ya cinayət işi açıla bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm