Bilgi.az
Ermənilər balaca dığalarını Azərbaycana qarşı belə hazırlayır - Video
Erməni jurnalist Arshak Zaqaryan Azərbaycanın işğal altında olan ərazisindən reportaj hazırlayıb. Erməni jurnalist reportaj zamanı azyaşlıda Azərbaycana olan nifrəti üzə çıxarıb. Belə ki, müsahibə zamanı Mikael adlı erməni cəbhə bölgəsində xidmət etmək üçün özünü hazır gördüyünü söyləyir. Jurnalist və azyaşlı arasındakı dialoq isə belə olub: Jurnalist: Əlində olan nə silahdır belə? Azyaşlı: AKM Jurnalist: O sənə niyə lazımdır, bu silah nə üçündür? Azyaşlı: Bu, bizim xüsusi təyinatlıların silahıdır. Jurnalist: Bəs silah xüsusi təyinatlıların nəyinə gərəkdir? Azyaşlı: Bu silahla bizimkilər türklərin postlarına daxil olur və hamısını güllələyirlər. Əsasən də, əgər onlar hücuma keçiblərsə, bizimkilərin cavabı şiddətli olur. Jurnalist: Bəs sənin adın nədir? Azyaşlı: Mikael və ya Miko. İndi mən kiçik çavuşam, lakin böyüyəndə xidmətdə olacam. Hər yay mən bura gəlir və cəbhə bölgəsində 2 həftə keçirirəm. Atam zabitdir, bura məni öz xahişimlə gətirir. O, 17 yaşından bəri döyüşlərdə iştirak edir. Müharibə başlayan zaman Rusiyadan bura gəlib. Mən kifayət qədər hazırlıq keçmişəm və icazə versələr, postları qoruya bilərəm. Bu, mənim ən sevimli silahımdır və ilk dəfədən hədəfi vura bilirəm. Artıq qərar vermişəm ki, hərbçi olacam. |
(azadxeber.net) |
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik