• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Robin Uilyams: “Bircə, məni klonlaşdırmayın”

  • Maraqlı
  • 12 Avqust 2014 12:30
  • 1 124 Baxış
Robin Uilyams: “Bircə, məni klonlaşdırmayın”

Məşhur ABŞ aktyoru Robin Uilyams dünən Kaliforniya ştatındakı şəxsi evində ölü tapılıb. Ölüm səbəbi isə asfiksiya (təngnəfəslik) kimi göstərilib. Aktyorun şəxsi publisisti onun ağır depressiyaya ilə mübarizə apardığını qeyd etsə də, bunun intihar etmə səbəbi olduğunu təsdiqləməyib.

ABŞ prezidenti Barak Obama da onun ölümünə münasibət bildirərək, Uilyamsı “insanın ruhunun hər bir hissəsinə toxunan” aktyor adlandırıb.

2009-cu ildə halı qəflətən korlanan aktyora həkimlər əməliyyat etdirməyi tövsiyə ediblər. Aorta klapanlarını dəyişdirən aktyorun vəziyyəti əməliyyatdan sonra yaxşılaşmağa doğru getdi.

Məşhur Hollivud ulduzu, pantomim və səs janrı ustası bu yaxınlaradək təngnəfəslik səbəbindən ABŞ-dakı qastrollarını təxirə salmışdı. Bu səbəbdən o, Florida ştatında «Özünüməhv silahı» adlı yumoristik şounun 4 tamaşasını ləğv etmişdi. Onun nümayəndəsi Dayyan Rouzen bildirmişdi ki, Robin Uilyams sağalandan sonra konsertlərini bərpa edəcək: “Təxirə salınan tamaşalara alınan biletlər ləğv edilməyəcək. Buna baxmayaraq, arzu edənlər biletləri geri qaytararaq pullarını ala bilərlər”.

Qeyd edək ki, bundan əvvəl “The Miami Herald” nəşri aktyorun kəskin ağrılarla Mayami xəstəxanalarından birinə aparıldığını bildirmişdi.

62 yaşlı aktyor özü də spirtli içki aludəçisi olduğunu inkar etmirdi. 7 il bundan qabaq isə o, alkoqolizmdən müalicə kursu da keçib. O, varlı ailədə doğulsa da, uşaqlığı heç də yaxşı keçməyib. Ailənin bir neçə mülkü vardı, Robin arzuladığı böyük otağa və çoxlu oyuncaqlara sahib idi, bununla belə, o hər zaman tənhalıqdan əziyyət çəkib. Belə ki, valideynləri balaca Robinə kifayət qədər zaman ayırmırdılar. Hər zaman tənha olduğundan onun ən yaxın dostları tısbağalar və itlər idi.

Aktyorluq təhsili ərzində o, atasından bir qara qəpik də almayıb. Buna görə Robin gecələr barların birində işləməklə özünün dolandırıb. Bütün səylərə baxmayaraq, Robin yalnız 35 yaşdan sonra özünü təsdiqləyə bilib. Bu yaş isə bir çox aktyorlar üçün kritik hesab edilir. Robin qızların heyran olduğu gənc, yaraşıqlı oğlan rollarını canlandıra bilmədi, o hətta, seks simvol ola, ikinci və üçüncü dərəcəli rollara görə milyonlar qazana bilmədi. Şöhrətə gedən yol çox uzun idi.

Hər dəfə uğursuzluğunu unutmaq üçün Robin spirtli içkiyə əl atmalı olurdu. Hətta deyilənə görə o, narkotik vasitələrdən də istifadə etməyə başlamışdı. Yalnız yaxın dostu narkomaniyadan öldükdən sonra Robin bu bəd vərdişdən əl çəkdi. 1980-ci illərin uğursuzluğu onun ailə həyatını da korladı. Arvadından boşanan Uilyams uşağının dayəsi ilə ailə həyatı qurdu. Robin hətta kompüter oyunlarından da asılı olduğunu etiraf edirdi. Yaxınları onun sosial şəbəkədə çox vaxt itirdiyini deyirlər. Hətta aktyor qızınıı “Zelda əfsanələri” kompüter oyununun baş qəhrəmanı şahzadə Zeldanın şərəfinə adlandırmışdı.

Uilyams Əfqanıstan və İraqa yollanaraq koalisiya hərbiçiləri qarşısında öz şouları ilə çıxış edirdi.

O belə deyirdi: “Sizə, azacıq da olsa, dəlilik verilir və siz bu imkanı əldən verməməlisiniz”.

Daha çox komediya aktyoru kimi tanınan Robin komediyanı insanlarla ünsiyyət və tez əlaqə vasitəsi hesab edirdi.

Ölümlə bağlı məşhur aktyor belə deyirdi: “Mən ölərkən qəbrimin üstünə gəlib, içdiyiniz su ilə gülləri sulayın. Nə istəyirsiz edin, lakin məni klonlaşdırmayın, çünki mənim klonum heş vaxt mənim kimi olmayacaq”.

ABŞ aktyoru və “Oskar” mükafatı laureatı Robin Uilyams 1951-ci il iyul 21-də Çikaqo ştatında anadan olub.

Robin Uilyamsın atası vaxtilə “Ford” korporasiyasının rəhbərliyinə daxil olub. Lakin oğlu onun yolunu seçməyib – aktyor kimi fəaliyyət göstərməyə üstünlük verib. Anası isə keçmiş model olub. Robin 70-ci illərdə bir sıra komediya televiziya seriyalarında çəkilib. Daha çox uşaqların sevimlisi olan Robin 1991-ci ildə “Ələddin” Disney cizgi filmində Cini səsləndirib.

Robin Uilyams «Missis Dautfayr», «Qudzon üzərində Moskva», «Cumanci» bədii filmləri və çoxsaylı cizgi filmlərinin səsləndirməsi ilə məşhurdur. “Sabahın xeyir, Vyetnam” və “Ölü şairlər cəmiyyəti” filmlərindəki rollarına görə onun namizədliyini iki dəfə “Oskar” mükafatına irəli sürüblər. Lakin Uilyams “Oskar”ı bu filmlərə görə deyil, 1997-ci ildə çəkilən “Ağıllı Uill Hantinq” filmindəki ikinci plandakı roluna görə alıb.

Aktyor üç dəfə rəsmi nigahda olub. İlk nikahı model və aktrisa Valeriya Velardi ilə 1978-1988-ci illərdə, ikinci nikahı 1989-cu ildə olub. Üçüncü rəsmi nikahı isə 2011-ci ilin oktyabrında qeydə alınıb. Onun ilk nikahından üç övladı var.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR